
Fikrət Cəfərli
KXCP-də fəaliyyət göstərən Demokratik Birlik Farksiyasının həmtəsisçisi
Azəybaycan hakimiyyətinin yürütdüyü yarıtmaz siyasətin nəticəsində siyasi proseslərin dalana dirənməsi, ölkənin müqəddəratının risk qarşısında qalması hər kəsə məlumdur. Anoloqu olmayan xarici siyasət və balanslaşdırma diplomatiyası ilə öyünən rejimin vəziyyəti o qədər acınacaqlıdır ki, mövcud elita hətta İlham Əliyevin prezidentliyə namizədliyini birbaşa elan etməyə belə çəkinir. Onlar daxili siyasi vəziyyətlə hesablaşmasalar da çox gözəl bilirlər ki, əgər namizədlərini indi elan etsələr Qəbr mətbuatı İlham Əliyevi seçkiyə qədər tam nüfuzdan salıb nokaut vəziyyətənə salacaq. Hakimiyyətə yaxın bəzi ekspertlər cəmiyyətdə belə bir rəy formalaşdırmağa çalışır ki, sanki İlham Əliyev heç də qarşıdan gələn prezident seçkilərində növbəti dəfə iştirak etmək fikrində deyil. Bu tipli analizlərin arxasında cəmiyyətdə müəyyən arxayınlıq yaratmaq, daxili auditoriyanın və Qərb mətbuatının diqqətini İlham Əliyevdən yayındırmaq, İlham Əliyevin vaxtından əvvəl Qərbin demokratik institutlarının diqqət mərkəzinə çevrilməsinin qarşını almaq, seçki marafonu başlandıqdan sonra İlham Əliyevin ekspromt şəkildə, gözlənilmədən namizədliyini verib Qərbi fakt qarşısında qoymaq kimi strategiya dayanır. Belə olan təqdirdə məhdud zaman intervalında Qərb mətbuatının və demokratik institutların İlham Əliyevə növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürməmək istiqamətində preesinq üçün zəruri zaman imkanları olmayacaq.
Rejimin ideoloqları və strateqləri çox yaxşı başa düşürlər ki, real müxalif qüvvələr güclərini səfərbər edərək xalqın dəstəyini alsalar, birləşsələr, vahid komanda formalaşdırsalar Azərbaycanda demokratik dəyişikliklər qaçılmaz olacaq. Bu və ya digər amillərdən müxalifətin yararlanması üçün sanki Milli Şura ideyası demokratik qüvvələrə ənənəvi tilsimlərindən çıxmaq üçün bir hədiyyədir. Amma, təəssüflər olsun ki, seçki marafonu ərəfəsində müxalif siyasi partiyalar məndən beş, səndən üç nəfər olmalıdır kimi qeyri-ciddi kvota çəkişmələri apararaq bu ideyanın əhəhmiyyətini və siyasi çəkisini azaldırlar. Proseslər və arqumentasiyalar bu istiqamətdə davam edərsə onların başı kvota polemikasından ayılandan sonra baxıb görəcəklər ki,artıq, 2013-cü ilin yox, 2015-ci ilin perspektivlərini müzakirə edirlər. Beləcə, Əliyevlər hakimiyyətin sahibi,onlar isə müxalifətin anası missiyalarını davam etdirməli olacaqlar.


