“İmedi” telekanalının rəhbəri Bakıya buraxılmayıb

Gürcüstanın “İmedi” telekanalının rəhbəri Marqarit Ahvlediani Azərbaycana buraxılmayıb. O, Tbilisidən gələrkən Bakı aeroportunda saxlanılıb. Bu barədə Facebook-da məlumat yayılıb. Mənbələrin məlumatına görə, bunun səbəbi Ahvledianinin pasportunda Dağlıq Qarabağa səfər etməsi haqqında ştamp olması olub.

Xatırladaq ki, Azərbaycan hakimiyyəti Bakının icazəsi olmadan işğal altında olan ərazilərə səfər edənlərin ölkəyə buraxılmayacağını elan edib.

Gürcüstan səfirliyindən və Sərhəd Xidmətindən bu informasiyanın təsdiqini və ya məsələ ilə bağlı şərh almaq mümkün olmayıb (contact.az)