İP Koordinasiya Şurası toplandı

Mayın 22-də İctimai Palatanın Koordinasiya Şurası növbəti yığıncağını keçirib. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi durum və cari məsələlər müzakirə olunub.
Xalq Cümhuriyyətin 95 illiyi ilə bağlı tədbirlər planı nəzərdən keçirilib. Qərara alınıb ki, tədbirlərə mayın 28-də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə anım mitinqi ilə start verilsin.
Bundan başqa İP KŞ mətbuata təzyiqləri də müzakirə edib. “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulması, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın hədələnməsi və hüquq-mühafizə orqanlarının bununla bağlı müraciətlərə cavab verməməsi və RATİ-nin əməkdaşı Vəfa Nağının döyülməsi kəskin şəkildə pislənilib, bütün bunlar söz azadlığına basqı kimi qiymətləndirilib.
Koordinasiya Şurası demokratik qüvvələrin inteqrasiyası məsələsini də müzakirə edib və bu istiqamətdəki prosesi müsbət qiymətləndiriib.