Angela Merkelin əsgərlik fotoları yayıldı

Almaniya kansleri Angela Merkelin əvvəllər heç yerdə görülməmiş fotoları yayılıb. Məlumatlara görə, fotoları mətbuata onun məktəb yoldaşı Sonja Felsberg ötürüb. Hər zaman kommunizm rejimindən uzaq olduğunu iddia edən kansler fotolarda 17 yaşında hərbi formadadır və Şərqi Almaniya əsgərlərinin xüsusi təlimindədir. 1972-ci ildə keçirilən bu hərbi təlimdə Angela Merkel Angela Kasner kimi tanınıb. O, təlimdə ilk tibbi yardım və nüvə silahından hücum zamanı həyatda qalmağın üsullarını öyrənib. Fotonu o zamanıar Merkelin  tərəfindən qəzetə verildiyi bildirilir (bizimxeber.az).