«Eurovision» yarışmasından dərhal sonra Litvanın 15min.lt saytı Azərbaycanın səsləri satın alınması ilə bağlı şok video yaymışdı. Videoda rus dilində danışan iki nəfər kafedə bir masaya yaxınlaşır və orada əyləşənlərlə danışığa başlayır. Danışıqların mahiyyəti bir nəfərin bir neçə nömrə ilə “Eurovision”un finalında Azərbaycan təmsilçisi Fərid Məmmədova səs verməsidir. Dünən Litvanın Baş Prokurorluğunda video materiala baxış keçirilib. Prokurorluğun təmsilçisi Elyana Martinonenin sözlərinə görə, hüquq-mühafizə orqanı faktla bağlı araşdırma aparmağa hələlik lüzum görmür.
azadliq.info


