`
Ölkə diktatura olanda, başçısı “manıs” da olar
Tacikistan prezidenti İmaməli Rəhman Düşənbədə toylardan birində kefli halda mahnı oxuyub və oynayıb. Onun “toy müğənniliyi” Youtube videoportalında yerləşdirilib. Videoda İmaməli Rəhman başqa bir nəfərlə duet oxuyur və arada rəqs edir. Toy iştirakçıları, o cümlədən bəy və gəlin isə prezidentin ifasını ayaq üstə seyr edir.
Ola bilsin Tacikistan prezidenti hansısa yaxın adamının toyundadır və bu jestini özünün sadəliyi kimi izah edər. Bütün dövlət və hökumət başçılarının nümunəsində sadə camaatdan biri olduğunu aşılayan davranışlar tapmaq olar. Amma İmaməli Rəhmanın bu davranışında sadəliyin ifadəsindən daha çox kefliliyin əlaməti görünür.