Patruşev Obamaya Putinin cavabını aparır

ABŞ-a səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya prezidenti Putinin amerikalı həmkarı Obamaya ünvanladığı cavab müraciətini aparıb. Bu barədə «İnterfaks»a Putinin köməkçisi Yuri Uşakov bildirib. Patruşev müraciəti şəxsən Obamayan təqdim edəcək. Mayın 7-də Putin özü də hazırlanan cavab barədə danışıb. Dövlət katibi Con Kerri ilə danışıqlardan sonra o bildirib: «Mən ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Donilon vasitəsilə məktub almışam. Hazırda cavab məktubu hazırlayırıq. Yaxın vaxtlarda Obama ilə şəxsən görüşməyə ümid edirəm». Prezidentlərin növbəti görüşü 17-18 iyunda Şimalı İrlandiyyada «səkkizliyin» sammitində baş tutacaq. Obamanın müraciətində söhbət ABŞ raket əleyhinə müdafiə sistemlərindən və iqtisadi tərəfdaşlıqdan söhbət gedirdi.

azadlıq.info