Səudiyyə Ərəbistanında qızıldan metro tikilir

Səudiyyə Ərəbistanı hökuməti tarixdə ən böyük investisiya layihəsinin reallaşdırılmasına başlayır. Bu paytaxt Ər-Riyadda dünyanın ən dəbdəbəli nəqliyyat sisteminin yaradılmasıdır. 20 min kvadrart metr sahəni əhatə edəcək qatar dəyişmə mərkəzini layihə müəllifləri tərəfindən «kosmik era dizaynı» adlandırır. Həqiqətən də o metropolitendən çox daha çox «Ulduz müharibələri»ndəki kosmik stansiyaları xatırladır. Mərmər döşəmələr, çoxlu sayda kondinsioner və ən əsası – yüzlərlə kiloqram qızılın istifadə olunduğu naxışlar. Metro qovşağı sürətlə inşa ediləcək. Kral Abdulla inşaat işlərinin dörd ilə tamamlanmasını tapşırıb. Layihənin müəllifi isə dünyanın ən bahalı memarı Zaxa Hadiddir. Tikilinin özəlliyi həm də ondadır ki, günəş şuaları düz bucaq altında daxil ola bilməyəcək.

azadlıq.info