Günün ulduz falı (21.05.2013)

Qoç
Çətinlikləri dəf etməyə çalışın. Gərgin situasiyalar tədricən həllini tapır. Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə nəzarət edin. Məntiqlə hərəkətin faydası var.
Buğa
Qarşılaşdığınız problemləri aradan qaldıra bilmirsinizsə, yardımçı arayın, dəstək alın. Bütün işləri eyni vaxtda qaydaya salmaq, nizamlamaq mümkün deyil. Sizdən asılı olmayan şərtlər narazılıq və gərginlik yaradacaq.
Əkizlər
Təmkinli, səbrli olun, emosiyalara uymayın. Böyük ümidlər bəslədiyiniz işlərlə bağlı problem yarana bilər. Çətinliklər ilkin mərhələdə olduğundan, onları həll etmək imkanı var.
Xərçəng
Səhhətiniz barədə düşünün. Alınan məlumatları nəzarətdə saxlayın. Gələn xəbərlər arasında mühüm və ikinci dərəcəli məqamları ayırın. Işlərin effektiv olması üçün aktiv çalışın.
Şir
Təmkinli və soyuqqanlı olun. Əks təqdirdə, inkişaf etdirmək istədiyiniz məsələni alt-üst edə bilərsiniz. Yaşanan olaylarda, baş verən hadisələrdə gərginlik çoxdur. Günün ikinci yarısına yaxın bəzi məsələlər zəhmət tələb etmədən öz həllini tapacaq.
Qız
Ünsiyyət dairəsini düzgün seçməyə çalışın. Planlarla bağlı kimsəyə açıqlama verməyin. Pis vərdişlərdən və ya gərəksiz əlaqələrdən birindən qurtulmaq üçün əlverişli gündür.
ÿTərəzi
Rəqib və bədxahlardan biri sizi üstələməyə çalışır. Bacarıq və biliklərinizi təkmilləşdirin. Gün imic dəyişiklikləri də tələb edir. Axşam saatlarında istirahət edin.
Əqrəb
Hisslərinizi cilovlayın, yalnız ciddi düşünüb-daşınandan sonra qərar qəbul edin. Səfəri, mühüm danışıqların aparılmasını təxirə salın. Günün ikinci yarısında sənədlərin imzalanması, hansısa yeni öhdəliklərin götürülməsi məsləhət deyil.
Oxatan
Işlərin gedişatı sizi narazı sala bilər. Yaranmış situasiyadan xeyrinizə faydalanmağın yollarını fikirləşin. Emosiyaların əsirinə çevrilməyin. Yaxşı olar ki, şayiələrə uymayasınız.
Oğlaq
Problem və çətinliklərinizi sizin əvəzinizə kimsə həll edə bilər. Yadda saxlayın, bu gün problemi maneənin birgə dəf olunması həll edə bilər. Məsləhət almaqdan çəkinməyin.
Dolça
Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın. Sizə yaxın insanlarla münasibətlərə dəyər verin. Kiçik məsələlərə görə tərəfdaş və ya ailə üzvlərindən biri ilə münaqişəyə başlamayın.
Balıqlar
Həmkarlarınızın passivliyi sizi əsəbiləşdirə bilər. Cari məsələlərlə məşğul olun, nəyisə araşdırmaq və ya sübut etməyə çalışmayın. Inad etsəniz, çox qısa zamanda münaqişə yaranacaq. Güzəştə getməyi bacarın.