Danimarka təmsilçisi bütün Avropanı aldadıbmış
“Eurovision-2013” mahnı müsabiqəsinin qalibi olan Danimarka təmsilçisi Emmili de Forestin bütün Avropanı aldatdığı iddia olunur. Belə ki, Emmili VII Eduardın xətti ilə Britaniya kral nəslindən olduğunu bildirmişdi. Britaniyanın “7d.org.ua” xəbər portal isə yazıb ki, jurnalistlərin araşdırması Emmilinin yalan söylədiyini üzə çıxarıb. Fakt qarşısında qalan de Forestin özü də bunu etiraf edib. O, jurnalistlərdən xahiş edib ki, bird aha bunu xatırlatmasınlar.
Emmili qalib gələcəyinə son məqama qədər inanmadığını da deyib. Baxmayaraq ki, bütün bukmekerlər onun birinci yer tutacağını proqnozlaşdırırdılar.
Bu arada de Forestin ifa etdiyi “Only Teardrops” (“Yalnız gözyaşları”) mahnısının plagiat olduğu haqda da iddialar yayılıb. Sosial şəbəkələrdə bu mahnının hələ 2008-ci ildə “K-otic” qrupunun ifa etdiyi “I surrender” (“Mən təslim ouram”) mahnısının eyni olduğunu isbatlamaq üçün videolar yayılıb. Hər iki mahnının videoyazısını təqdim edirik. Buyurun, özünüz müqayisə edin: