İlahiyyatçı Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsi iyunun 1-də etiraz aksiyası keçirmək qərarı verib
Son vaxtlar fəal vətəndaşlara qarşı repressiyaların dayandırılması, qanunsuz həbs olunanların dərhal azadlığa buraxılması tələbilə iyunun 1-də Bakıda etiraz aksiyası keçiriləcək. Siyasi sifarişlə həbs olunmuş ilahiyyatçı Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsi belə bir qərar verib.
Müdafiə Komitəsinin üzvü Rövşən Əhmədli “Azadlıq”a açıqlamasında bildirib ki, komitənin toplantısında 21 bənddən ibarət sənəd hazırlanıb və görüləcək işlər barədə müzakirələr aparılıb. Hüquq müdafiəçisi Vidadi Isgəndərli, peşəkar hüquqşünas Namizəd Səfərov və digər tanınmış simaların iştirak etdiyi toplantıda müxtəlif təkliflər irəli sürülüb: “Bu həbslərlə bağlı beynəlxalq təşkilatlara və səfirliklərə müraciət olunması, internet səsverməsi keçirmək, müdafiə komitəsinin tərkibini genişləndirmək, həbs zamanı və sonrakı dövrdə baş vermiş qanunsuzluqlara dair hüquqi sənəd hazırlamaq kimi təkliflər müzakirə olundu. Ən əsası, həbs olunanların dərhal azad olunması tələbilə etiraz aksiyası keçirmək qərarı vermişik. Bu məqsədlə Bakı şəhər Icra Hakimiyyətinə müraciət ediləcək və qarşı tərəfin cavabından asılı olmayaraq, istənilən halda, bu aksiya keçiriləcək”.
İlham


