İlham Əliyevə dəstək verin!

Susun ki, o da bizi daha tez məhv edib, sizin də axırınıza çıxsın…

Hamı hər şeyi bilir. Bilir ki, Ilham Əliyevin övladlarının adına təkcə Dubayda 75 milyonluq villalar var. Ölkədən nəğd 48 milyard dolları oğurlayıb nəzarətsiz zonalarda saxlayırlar, qazanca yatırıblar. Hamı bilir ki, ölkədə bütün böyük şirkətlərdən kiçik sexlərə qədər hər şey Əliyevlərin adına rəsmiləşib. Bilir ki, ölkənin hər yerində bir arayış üçün minimum 20 manat alırlar. Bilir ki, ölkə nazirlərin arasında bostan kimi bölünüb. Bilir ki, Ziya Məmmədovun qoçuları arvadın yanında ərini maşından düşürüb, döyüb təhqir edir.
Hamı bilir ki, bu hakimiyyət kimi istəsə, narkoman, əxlaqsız elan edə bilər. Ailələrin yataq otaqlarından reportaj yaya bilər. Ya da arvad-uşaqlarına günün günorta çağı parnoqrafiya göstərə bilər.
Bu ölkədə bütün bunları və daha nələri hər kəs bilir. Bilənlərin əhatəsində cahillikdən əziyyət çəkirik yəni…
Bizim sözümüz boşuna…
Biz nə edirik? Biz də xalqın bildiklərini onlara deyirik. Deyirik ki, sizin evinizdə səhər yeməyə yumurta yoxdur, çünki bütün haqqınızı hakimiyyət oğurlayıb. Amma bu ölkədə hələ də elələri var ki, belə sual verirlər: “Mənim evimdən yumurtanı kim oğurlayıb?”
Biz insanlara izah edirik ki, niyə onların inəyinin otlağı yoxdur? Çünki kəndlərinin torpağını icra başçısı vəzifədə qalmaq üçün rayonu bostan, əhalini böcək kimi görən nazirə peşkəş edib. Inəklərin haqq aradığı bir ölkədə insanların səbrindən danışmaq insanı məhv edir. Söhbət sadə insanlardan da getmir.

Hamı bilir ki…

Hamı bilir ki, Azərbaycanda “Azərbaycan saatı” var. Bu tv proqram insanlara həqiqətləri çatdırır. Qənimət Zahid, Natiq Güləhmədoğlu, Güney Azərbaycandan Vahid Azər, Anadoludan Aydın Taş və daha kimlər… Bu, sadəcə bir fədakarlıq nəticəsində ortaya çıxan verilişdir. At yolunun olmadığı dağ kəndlərində bizim vasitəmizlə hər kəs bilir ki, Ilham Əliyev qızıl yataqlarını necə mənimsəyib. Biz bunu edərkən, əlbəttə, həyatımızın, gələcəyimizin risk altında olduğunu bilirik. Amma çox daha dəhşətli şeylər var bu cəmiyyətdə. Insanlar bu cür orta əsr rejiminin hakimiyyəti altında çiçəkdən, böcəkdən yaza, paylaşa bilirlər. Özlərini spekulyasiya edə, aldada bilirlər. Düşünürlər ki, kimsə onların və yaxınlarının gələcəyi uğrunda savaşıb qurban getməlidir. Yaxşı, tutaq ki, bu da oldu, bəs sonra? Sonra nə olacaq, sizə sıra gəlməyəcəkmi? Daha doğrusu, elə sıra sizdə deyilmi? Bu cür rejimlərdə özünü radikallaşmaqdan qorumaq, döşəməsi dəlinən gəmidə musiqi bəstələmək kimidir. Heç bir faciəni notlar ifadə edə bilməz. Biz sadəcə batırıq.

Etiraf nədir, görəsən?

Bəziləri deyir ki, etiraf başlayanda siyasət bitir. Amma düşünürəm ki, bu mənada siyasət bitməlidir. Bitməlidir ki, həyat başlasın. Qadınlar ərlərinin yaxasından tutsunlar ki, bəsdir, sizin fərsizliyinizdən biz təhqir olunduq. Bəsdir, sizin “maraqlarınız” bizim həyatımızı məhv etdi. Yəni, sözüm anlayan insanlaradır. Özünü bu rejimdən qorumaq istəyənlərədir. Savaş meydanında olanlara dırnaqarası baxanlaradır. Heç olmasa, etdiklərimizi paylaşın. Inanın ki, hakimiyyətlə sizin aranızda cəmi bir sədd qalıb. “Medya TV” Ilham Əliyevin siyasətini ifşa edən tək imkandır. Ona dəstək olun. Qoymayın məhv olsun. Yoxsa, hər kəs çox bildiyinə görə məhv olacaq bu ölkədə…