Fond fəaliyyətində şəffaflığa əməl etmir
Elm adamları arasında isə onun adı “Ramiz Mehdiyev fondu”dur
“Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu(EİF) fəaliyyəti dövründə 3 plagiat iş aşkarlayıb”. Trend-in məlumatına görə, bunu jurnalistlərə EİF-in sədri Elçin Babayev deyib.
“Bunların müzakirələri o qədər gərgin keçib ki, anonimlik şərtini pozmağa razı olan alimlər də var idi. Lakin biz belə elmi forumlarda etik normaları gözləməyə çağırırıq”, – fond sədri əlavə edib.
Babayev qeyd edib ki, EİF-ə daxil olan bütün layihələrin müəlliflik hüquqları tam qorunur. Hansısa mübahisəli məsələ ortaya çıxarkən da fond onu Müəllif Hüquqları Agentliyi ilə birgə sonadək araşdırmağa hazırdır”.
Ötən ilin məlumatıdır. Etiraf edim ki, bu fond barədə o qədər bilgim yox idi. Fond sədrinin bu açıqlaması marağımı artırdı. İnternetə baş vurub daha çox bilgi toplamağa başladım. İnsafən Fond özü saytında xeyli məlumatlar yerləşdirib. Beləliklə, başlayaq fondun yaranmasından. “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” sərəncamı dövlət başçısı 21 oktyabr 2009-cu ildə imzalayıb. Elə həmin gün başqa bir sərəncamla Elçin Səfəralı oğlu Babayev Fondun icraçı direktoru təyin edilib. 19 fevral 2010-cu ildəsə prezident fərmanıyla (N223) Elmin İnkişafı Fondunun Nizamnaməsi təsdiqlənib. 30 aprel 2010-cu ildə isə Fondun Himayədarlar Şurası üzvləri prezident sərəncamıyla təyin edilib. Bunlar Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyev(sədr), baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) prezidenti (artıq mərhum) Mahmud Kərimov (sədr müavini), PA humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, AMEA vitse-prezidenti Akif Əlizadə, AMEA vitse-prezidenti Nailə Vəlixanlı, AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Tibb universitetinin rektoru Əhliman Əmiraslanovdur. Fondun himayəçiləri Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan şəxslərdir. Bu şəxslərlə bağlı nəsə əlavə etməyə ehtiyac duymuram. Başlıcası Fond və onun görəcəyi işlərdir.
İcraçı direktorun məsləhətləşmə mesajını dəqiqləşdirmək üçün Müəllif Hüquqları Agentliyi ilə əlaqə saxlayıb Fonddan gələn layihələrlə bağlı məlumat almaq istədik. Layihələrlə bağlı məsləhətləşmələr olduğu deyilsə də, konkret heç bir layihə adı çəkilmədi.
Şəffaflıq və hesabatlılıq nağılı
Fondun əsas məqsəd və vəzifələri çoxdur, bunu Nizamnamənin “məqsəd və vəzifələr” bölümündəki aşağıdakı uzun cümlədən siz də duya bilərsiniz, əziz oxucular.
“Fondun əsas məqsədi Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri (bundan sonra – layihələr) qrant şəklində ünvanlı maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaq, habelə elm müəssisələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən tədbirləri həyata keçirmək yolu ilə Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə etmək, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunu yüksəltmək və dövlətin elmi informasiya və innovasiya ehtiyatlarını artırmaqdır” (maddə 2.1).
Səbrinizi basıb oxudunuzsa, əmin olun ki, həqiqətən dözümlü adamsınız. Yaddan çıxmamış onu da deyim ki, “Fond öz fəaliyyətini şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur”( 1.5.). Nizamnamədə elə beləcə də yazılıb.
Fondun saytı (http://sdf.gov.az/) materiallarla zəngindir. Layihələrlə bağlı burada yetərincə bilgi var. Nə qədər layihə gəlib, nə qədəri maliyyələşdirilib, nə qədər qrant ayrılıb… İlk baxışda elmə, elmin inkişafına qayğı görmək olar. Ancaq xərclənən vəsaitlər bunu deməyə əsas verirmi?
Bəzi suallar yarandı və cavab tapmaq məqsədilə Fonda üz tutdum. İnsafən telefona çox nəzakətlə cavab verib koordinatlarımı götürdülər və özləri zəng edəcəklərini bildirdilər. Bunun üstündən günlər keçsə də Fonddan xəbər çıxmadı.
Telefonla təkrar əlaqə qurmaq zorunda qaldım. Bu dəfə Fonda suallarımı yazılı şəkildə elektron ünvana göndərməyimi istədilər. Aprelin 18-də məktub Novruzəlisiz (vasitəçisiz) ünvanına çatdırılıb. Ancaq “öz fəaliyyətini şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında” quran Fonddan hələ də xəbər yoxdur. Bu da Fondun başqa bütün dövlət qurumlarında olduğu kimi korrupsiyaya qurşanmasının, büdcə vəsaiti talançılarına şərik olmasının çox sadə göstəricisi sayıla bilər.
İlk müsabiqə
Fondun ilk müsabiqəsi uğurlu olub. 2010-cu ildə dövlət büdcəsindən Fonda 7 milyon 35 min manat vəsait ayrılıb. 2010-cu ilin 1-ci qrant müsabiqəsində 40 layihəyə 4 milyon 665 min manat qrant verilib.
Bunun 3 milyonu AMEA-nın Fizika institutunun (layihə rəhbəri Qacar Çingiz Oveysoviç) “Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu” layihəsinə verilib.
“Sel suları altında qalmış ərazilərdə torpaq münbitliyinin bərpa edilməsi” layihəsinə Məhərrəm Pirverdi oğlu Babayev (AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, layihə müddəti 36 ay) 90 min manat alıb.
Cəlal Əliyevə isə (AMEA Botanika İnstitutu) “Zülalların Verilənlər Bankının statistik analizi: təkrar olunan obrazların tanınması, təşkili və istifadəsi” (etiraf edim ki, layihənin adından heç nə başa düşmədim, ancaq mənim bilməməyimin layihənin önəminə heç bir dəxli yoxdur – R.H.) layihəsinə 120 min manat qrant verilib (layihə müddəti 24 ay). Burda bir irada yer var. Həyata keçirildikdən sonra layihələrin hansı fayda gətirdiyi barədə məlumatlar sayta yerləşdirilməyib. Məsələn, “sel suları…” layihəsindən sonra torpaq nə qədər münbitləşib, yaxud “Zülalların Verilənlər…” layihəsindən sonra vəziyyət nə yerdədir… heç bir bilgi yoxdur.
2010-cu ilin 2-ci qrant müsabiqəsi bir qədər fərqli olub. Elmin İnkişafı Fondunun Himayədarlar Şurası 2010-cu il üçün 2-ci qısamüddətli ünvanlı müsabiqə elan edib. Bu müsabiqədə cəmi 5 layihə maliyyələşdirilib. Məbləğ isə 1 milyon 435 min manat olub. Yaqub Mahmudov “Azərbaycan tarixi (3 cilddə) (elmi konsepsiya)” layihəsi üçün 50 min manat udub. Firəngiz Əlizadə də eyni məbləği “Azərbaycan muğamının tarixi” layihəsinə alıb.
Tarix İnstitutundan aldığımız məlumata görə, bu üçcildlik üzərində hələ iş gedir. İnstitutun əməkdaşı Tofiq müəllim bu kitabın 2016-cı ildə tamamlanacağını deyir.
Prezidentin Ehtiyat fondunun “səxavəti”
2011-ci ildə Fonda dövlət büdcəsindən 7 milyon 35 min manat ayrılıb. Bu il elan etdiyi ilk müsabiqə çərçivəsində Fond 82 layihəyə 6 milyon 600 min manat maliyyə vəsaiti ayırıb. İllər üzrə bölgü belədir:
2010 – 7,035
2011 – 7,035
2012 – 7,035
2013 – 7,044,480
Bundan başqa, 2011-ci il noyabrın 4-də (ilin sonunda) Prezidentin Ehtiyat Fondundan Elmin İnkişafı Fonduna 3 milyon manat verilib.
1 il qabaq 3 cildlik “Azərbaycan tarixi”ni yazmaq üçün 50 min manat alan Yaqub Mahmudov 2011-ci ilin 1-ci müsabiqəsində “Naxçıvan tarixi”(2 cilddə) layihəsinə 150 min manat qrant alıb. Layihə müddəti 1 ildir. Müddət bitib, kitabsa hələ hazır deyil. AMEA-nın Tarix İnstitutundan bildirdilər ki, kitab nəşriyyatdadır və və yaxın zamanlarda çapı gözlənilir.
Xatırladaq ki, bundan qabaq – 2007-ci ildə “Təhsil” nəşriyyatında Yaqub Mahmudov Kərim Şükürovla birgə, həm də Vasif Talıbovun (?!) baş məsləhətçiliyi ilə “Naxçıvan: tarixi və abidələri” kitabını (http://www.istoriya.az/kitablar/Mahmudov%20Y%20Naxchivan_.pdf) yazıb. Talıbovun tarixlə bağlı müəlliflərə hansı məsləhətlər verdiyini deyə bilmərik, ancaq kitabda yazılanlar bir daha sübut edir ki, tarixin yazılmasında problemlər qalır və hələ də davam edir. Tarixi kimlər yazmalıdır? Tarixi yazanlar tarixçilikdən əlavə həm də şəxsiyyət olmalıdır, konyunktura güdməməlidir.
Ötən əsrin əvvəllərindəki tarixi şəraitdən, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan yazan tarixçilər birdən sanki nəsə kəşf edirlər.
“Naxçıvan MSSR-in yaradılması ərəfəsində Azərbaycanın sonrakı tarixi müqəddəratında misilsiz rol oynayan bir hadisə baş verdi: 1923-cü il may ayının 10-da dahi dövlət xadimi Heydər Əliyev Naxçıvan şəhərində dünyaya göz açdı”.
Ancaq bu sözləri yazmazdan illər qabaq Yaqub Mahmudov başqa fikirdə olub. O, “1991-ci ildə Heydər Əliyevə qarşı müraciət imzalayıb, onu düşmən və sovet dövrünün baş korrupsioneri adlandırıb” (Sirus Təbrizli)…
216 səhifəlik, 3 min tirajlıq kitabın neçəyə başa gəldiyini deyə bilmərik, ancaq Fonddan alınan qrant hesabına yazılacaq tarixin 2007-ci il nəşri əsasında ərsəyə gələcəyinə şübhə yoxdur. Layihədən də göründüyü kimi burda başlıca məqsəd Heydər Əliyevi önə çəkmək, onun Naxçıvan qarşısında xidmətlərini bir daha, həm də ifrat dərəcədə qabartmaqdır ki, bunu da nə elm, nə də elmin inkişafı saymaq olar.
Büdcə vəsaiti elmə, “elmin inkişafına” bu şəkildə xərclənir…
Tarix İnstitutunun direktorunun layihəsində bir maraqlı məqam da var. Bu məqamsa ölkənin analoqsuz inkişafı barədə dövlət başçısının dediklərini şübhə altına alır. İnkişaf barədə deyilənlərin yalnız söz olduğunu ortaya qoyur:
“Layihənin yerinə yetirilməsi üçün müəlliflərə kompüterlə, skaner və çap qurğularına böyük ehtiyac vardır. İnstitutda mövcud olan avadanlıq və qurğular 90-cı illərdən qalma olduğu üçün elmi-tədqiqat işlərinin yüksək səviyyədə
yerinə yetirilməsinə imkan vermədiyi üçün yeni avadanlıq və qurğulara böyük ehtiyac vardır”.
Bu istəyi başqa necə yozmaq olar?!
Fondun qrant ayırdığı başqa layihələr də var ki, onların haqqında ətraflı məlumat almaq mümkün olmadı. “İnteqral, diferensial və inteqro-diferensial tənliklərin ədədi həllinə irəliyəqaçma üsulunun tətbiqi və mikrobioloji və ekoloji proseslərin tədqiqində rolunun araşdırılması” layihəsinə Vaqif Rza oğlu İbrahimov (BDU) 230 min manat alıb.
Adil Abbas Əli oğlu Əliyev isə (AMEA Geologiya İnstitutu) 2011-ci ilin 1-ci müsabiqəsində “Azərbaycan nefti” layihəsinə 1 milyon manat qrant alıb (layihə müddəti 24 ay). Neft pullarının mənimsənilməsi Azərbaycanda adi haldır, neft adına qrant mənimsəməksə, deyəsən, yenilikdir.
Vasif Talıbov və… hüquqi dövlət
Tarixçilərin kitabın baş məsləhətçisi Vasif Talıbov haqda yazdıqlarına baxaq. “…Talibov Vasif Yusif oğlu (d. 14.1.1960, Şərur rayonunun Aşağı Aralıq k.) – dövlət xadimi.
Vasif Talıbov Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin bərqərar olmasına, Naxçıvan MR-in iqtisadiyyat və mədəniyyətinin daha da tərəqqisinə, xalqın rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsi üçün müvafiq qanunların qəbul olunmasında olduqca səmərəli fəaliyyət göstərir…
Muxtar Respublikada həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun adı ilə six bağlıdır”.
Təsəvvür edin, Fonddan alınmış 150 min manatlıq qrant hesabına tarixçilər görün Vasif Talıbov və Heydər Əliyev haqqında daha nələri yazacaq.
Fonda təqdim olunan layihədən bir hissəyə diqqət yetirin.
“Naxçıvan tarixi”nin II cildi bu diyarın 1918-2010-cu illər tarixi məsələlərinin tədqiq edilməsini nəzərdəÿtutur.
Cildin IV fəsli Naxçıvan MR-in tarixinin 1991-2010-cu illər dövrünüəhatə edəcəkdir. Bu fəsildə 1988-ci ildən başlayaraq diyarda baş vermiş ictimai-siyasi proseslər Azərbaycan milli azadlıq hərəkatının tərkib hissəsi olan sərhəd hərəkatının başlanması, milli lider Heydər Əliyevin Moskvadan Bakıya, oradan da Naxçıvana qayıtması, SSRI-nin süqut etməsindən sonra Ermənistanın Naxçıvana hərbi təcavüzü və onun Heydər Əliyev rəhbərliyi altında qarşısının alınması, Muxtar Respublikada aparılan quruculuq işləri, məhz burada onun rəhbərliyi ilə müasir Azərbaycan Respublikasının ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaranması və 1993-2010-cu illərdə Naxçıvan MR-ın siyasi, sosial-iqtisadi və mədəni inkişaf tarixi məsələləri öz əksini tapacaqdır. http://sdf.gov.az/forum/2011/Procect_05_015.pdf
Büdcə vəsaiti elmə, “elmin inkişafına” bu şəkildə xərclənir…
Tarix Institutunun direktorunun layihəsində bir maraqlı məqam da var. Bu məqamsa ölkənin analoqsuz inkişafı barədə dövlət başçısının dediklərini şübhə altına alır. Inkişaf barədə deyilənlərin yalnız söz olduğunu ortaya qoyur:
“Layihənin yerinə yetirilməsi üçün müəlliflərə kompüterlə, skaner və çap qurğularına böyük ehtiyac vardır. Institutda mövcud olan avadanlıq və qurğular 90-cı illərdən qalma olduğu üçün elmi-tədqiqat işlərinin yüksək səviyyədə Yerinə yetirilməsinə imkan vermədiyi üçün yeni avadanlıq və qurğulara böyük ehtiyac vardır”.
Bu istəyi başqa necə yozmaq olar?!
Fondun qrant ayırdığı başqa layihələr də var ki, onların haqqında ətraflı məlumat almaq mümkün olmadı. “Inteqral, diferensial və inteqro-diferensial tənliklərin ədədi həllinə irəliyəqaçma üsulunun tətbiqi və mikrobioloji və ekoloji proseslərin tədqiqində rolunun araşdırılması” layihəsinə Vaqif Rza oğlu Ibrahimov (BDU) 230 min manat alıb.
Adil Abbas Əli oğlu Əliyev isə (AMEA Geologiya Institutu) 2011-ci ilin 1-ci müsabiqəsində “Azərbaycan nefti” layihəsinə 1 milyon manat qrant alıb (layihə müddəti 24 ay). Neft pullarının mənimsənilməsi Azərbaycanda adi haldır, neft adına qrant mənimsəməksə, deyəsən, yenilikdir.
627 yaşlı Himayədarlar Şurası
Yeri gəlmişkən, həqiqətən elmlə məşğul olan alimlərimizdən bu fond barədə soruşdum, onların bəziləri, ümumiyyətlə, bundan xəbərsiz olduqlarını, bəzilərisə Fondun elmə hər hansı töhfə verəcəyinə inanmadıqlarını dedilər. Elm, elmin inkişafı enerji tələb edir, 60-70 yaşdan sonra bu sahədə hər hansı uğur qazanmaq bir qədər qeyri-ciddi söhbətdir. Bu gün Fondda söz sahibi olan Himayədarlar Şurası üzvlərinin ən cavanı Əli Abbasovdur ki, bu il onun 60 yaşı tamam olub. Ümumilikdə isə Himayədarlar Şurasında təmsil olunanların 627 yaşı var. Onu da nəzərə alaq ki, bu şəxslərin hər biri başqa bir neçə yerdə çalışır…
“Hədə və şantaj”
Layihələrlə bağlı problem, deyəsən, fondla birgə yaranıb. “Elmin Inkişaf Fondundan maliyyələşən layihələrin rəhbərləri gəmi kapitanıdır. Onlara kənardan kimsə müdaxilə, təzyiq edə bilməz. Onlara təzyiq edən şəxslər gələcəkdə bizim ”qara siyahı”ya düşər”ÿ- bu sözləri icraçı direktor Elçin Babayev deyib.
APA-nın məlumatına görə (12.09.2011), Elmin Inkişafı Fondunun (EIF) keçirdiyi “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə seminar və təqdimat” adlı tədbirdə EIF-in icraçı direktor Elçin Babayev deyib: “Hədə və şantajlara məruz qalıram”.
E.Babayev Fonddan maliyyə ayrılmış layihə rəhbərlərinə istifadə edəcəkləri məhsulları alarkən diqqətli olmağı da tövsiyə edib: “Çalışın Rusiya və Türkiyə istehsalı olan cihazları almayın, onlar keyfiyyətsiz olur. Bəzən isə Rusiya şirkətləri ABŞ-da qeydiyyatdan keçərək fəaliyyət göstərir ki, onlardan nəsə alanda problem yaşanır. Çin, Almaniya və digər ölkələrin istehsalı olan cihazları almaq məsləhətdir”.
“Burada korrupsiyadan söhbət gedə bilməz. Belə bir şey varsa, tutduğum vəzifədən istefa verməyə hazıram”.
Icraçı direktorun əminliyinə şübhə var, ən azı ona görə ki, korrupsiyadan uzaq təşkilat mətbuata açıq olmalı, şəffaflığı təmin etməlidir. Göndərilən sorğuları cavablandırmamaq isə həm də şəffaf olmamağın əlamətidir.
Belə…
Fonda üanvanladığımız suallardan biri icraçı direktoru kimin hədələməsi və şantaj etməsiylə bağlıydı. Cavab ala bilmədik…
azadmekan.org