Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən Azad Suriya Ordusunu təşkil edən qruplar yalnız kişilərdən ibarət deyil. Orada döyüşçü qadınlar da kifayət qədərdir.
Türkiyə mediası yazır ki, bəzi dəstələrdə qadınlarla kişilər birlikdə döyüşür, bəzi dəstələr isə yalnız qadınlardan təşkil olunub.
Belə qadın birliklərinin başında “Əl İxlas” dəstəsi gəlir. Dəstənin son vaxtlardakı ən önəmli siması Um Fadi ləqəbli döyüşçüdür. Qərargahları Hələbdə yerləşən dəstə üzvlərinin apardıqları əməliyyatlar da əsasən o ətrafda olur.
Hələbdə döyüşən başqa bir əhəmiyyətli qadın bilriyi “Savt əl Haqq” adlanır. Dəstənin rəhbəri kimi həyat yoldaşı Əbu Cəfər də Azad Suriya Ordusunda döyüşən Um Cəfər tanınır.
Azad Suriya Ordusunun parlaq qadın döyüşçülərindən biri də “Əl Vəd” bölüyünün komandiri ilə evli fələstinli “Guevara” adlandırılan könüllüdür. Müharibədən əvvəl orta məktəb müəlliməsi olan Guevara indi Əsəd əsgərlərinin canına qorxu salan ən sərrast snayperdir.