“Azad gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib. İlkin Rüstəmzadə Cinayət Məcəlləsinin xuliqanlıq əməlini nəzərdə tutan 221.1.2 və 221.2.2 maddələri ilə təqsirləndirilən şəxs qismində Nəsimi rayon məhkəməsinə aparılıb və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
***
“Azad gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadə barəsində həbs-qətimkan tədbiri seçilir. Bu barədə məlumatı Musavat.com-a vəkil Nemət Kərimli verib. Onun sözlərinə görə, İlkin Rüstəmzadə Cinayət Məcəlləsinin xuliqanlıq əməlini nəzərdə tutan 221.1.2 və 221.2.2 maddələri ilə təqsirləndirilən şəxs qismində bu dəqiqələrdə Nəsimi rayon məhkəməsinə aparılır. Onun barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Qeyd edək ki, İlkin Rüstəmzadə aprelin 30-da ADNA terroru qurbanlarının anım mərasimi zamanı saxlanılmış və məhkəmə qərarı ilə 15 sutkalın irnzibati həbs cəzası almışdı. Cəzası bitən gənc fəal mayın 15-də azadlığa çıxmışdı. Dünən isə onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırmışdılar.