Qəbələdə qarşıdurma

Dünən Qəbələ rayonunun Küsnüt kəndində yerli sakinlər və hökumət iqamətgahı tikən şirkət arasında qarşıdurma baş verib. Bu barədə “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin Ismayıllı məlumat verib.
Kənd sakinləri köhnə qəbirstanlığın başqa yerə keçirilməsinə və onun yerində iqamətgah tikilməsinə etiraz edirlər. Yerli sakinlərdən yeddi nəfər saxlanılıb və rayon polis bölməsinə aparılıb, bir saat sonra onlar sərbəst buraxılıb. Qəbirstanlığın köçürülməsi işləri müvəqqəti olaraq dayandırılıb. Küsnüt kəndi Qəbələdən 15 km məsafədə dağlarda yerləşir.