ABŞ İranı azad və ədalətli seçki keçirməyə çağırıb

ABŞ İranı azad və ədalətli seçki keçirməyə çağırıb. Belə bir çağırışla ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Şerman Senatın siyasi əlaqələr üzrə komitəsində çıxış edib. O qeyd edib ki, ABŞ bu seçkidə heç kimin tərəfini saxlamayacaq və qərarı İran xalqının özü verməlidir. İyunun 14-də İranda növbəti prezident seçkisi keçiriləcək.