Arşavinin azərbaycanlı sevgilisi üzə çıxdı (FOTOLAR)

Rusiyalı futbolçunun azərbaycanlı iş adamı olan sevgilisi ilə fotoları yayıldı

Məşhur futbolçu, Rusiya yığmasının keçmiş kapitanı Andrey Arşavinin azərbaycanlı sevgilisi ilə şəkilləri yayılıb.
Ukraynanın from-ua.com saytı xəbər verir ki, vətəndaşlıq nikahında olduğu keçmiş arvadından ayrılan və yeni məhəbbət macərası yaşayan Arşavin azərbaycanlı sevgilisi ilə Londondakı stadionlardan birində təsadüfən fotokameraların obyektivinə düşüb. Cütlük stadiona basketbol üzrə Avropa Liqasının “Real Madrid”-“Barselona” yarımfinal qarşılaşmasına baxmaq üçün gedibmiş.
Sayt xəbər verir ki, məşhur futbolçunun azərbaycanlı sevgilisi ölkədə olduqca tanınmış bir şəxsin qızıdır. Məlumatdan belə anlaşılır ki, xanım əvvəllər varlı bir iş adamının həyat yoldaşı olub. Elə özü də bizneslə məşğuldur. Onun idman sənayesində uğur qazandığı deyilir.
Məlumata görə, azərbaycanlı xanımın keçmiş ərindən bir oğlu var. Arşavin isə 3 uşaq atasıdır. Keçmiş həyat yoldaşı Yuliya ilə ayrıldıqdan sonra uşaqlarını anasının yanında böyüdür.

azadliq.info