“Repressiyalardan narahatıq”

ABŞ-nin ATƏT-dəki səfiri Elmar Məmmədyarova bəyanat göndərdi

azeri anchor

ABŞ höküməti Azərbaycan hökümətinin sərbəst toplaşmaq azadlıqlarını sıxışdırmasından narahatdır.
Bu barədə ABŞ-nin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) səfiri Ian Kelly, Azərbaycanın xairici işlər naziri Elmar Məmmədyarova ünvanlanan bəyanatında deyib.
“Biz Azərbaycanın demokratik, inkişaf edən, təhlükəsiz, suveren ölkə kimi uğur qazanmasını görmək istəyirik. Həmin səbəbə görə, mənim hökümətim Azərbaycan hökümətinin bu il keçirilən etirazlara reaksiyasından narahatdır”, səfir Kelly deyib.
Azərbaycanın təhsildə, artmış həyat standartlarında, qadınların hüquqlarının müdafiəsində və insan alverində “böyük irəliləyişlər” əldə etdiyini qeyd etsə də, səfir demokratiya fəallarının həbs və istintaq olunması, vətəndaş cəmiyyətinə və siyasi partiyalara təzyiqlər, Azad Fikir Universiteti ofisinin bağlanmasını da vurğulayıb.
Ian Kelly həmçinin oktyabrın 16-da Azərbaycanda prezident seçkilərinin keçirilməsinə işarə edərək deyib ki, ATƏT-in seçkiləri tam müşahidə etmək üçün “məhdudiyyətsiz dəvət” almasını səbrsizliklə gözləyir.
“Qanunun aliliyi və bütün fundamental azadlıqlara hörmət Azərbaycana inkişaf edən, demokratik ölkə kimi irəliləməyə kömək edəcək”, səfirin müraciətində deyilir.

footer second option 1