Razi Nurullayev QHT Əməkdaşlıq Alyansından getdi

AXCP sədrinin müavini Razi Nurullayev təmsil onuduğu QHT Əməkdaşlıq Alyansının İdarə Heyətindən istefa verib. R.Nurullayev qurumda “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri kimi təmsil olunurdu. O, istefa qərarını qurumun bu gün keçirilən iclasında bəyan edib.
Qeyd edək ki, QHT Əməkdaşlıq Alyansı son vaxtlar Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə daha sıx əlaqələr quraraq, hökumətyönlü qurum imicini almağa başlamışdı. Görünür, AXCP R.Nurullayev sədrinin müavini olaraq həm də bu amilə görə qurumun İdarə Heyətində qalmağı məqsədə uyğun bilməyib.