“Tülpan İlham” kimi tanınan iş adamı həbs edildi

hebsRusiyanın ən varlı azərbaycanlılarından biri İlham Əliyev haqqında maraqlı məlumatlar

Rusiyada yaşayan məşhur azərbaycanlı iş adamı, “Tülpan Ilham” ləqəbi ilə tanınan Əliyev Ilham Oruc oğlu Rusiya xüsusi xidmət orqanları tərəfindən həbs edilib. Bu barədə “Qafqazinfo”ya məlumat hüquq-mühafizə orqanlarından daxil olub. Məlumata görə, Rusiyanın Sank-Peterburq şəhərində yaşayan məşhur azərbaycanlı iş adamı Ilham Əliyev bu günlərdə xarici səfərdən qayıdarkən elə hava limanındaca saxlanılıb.
Onun barəsində artıq iki aylıq həbs qətiimkan tədbiri seçilib. Məlumatlara görə, “Tülpan Ilham” bir neçə qalmaqallı qətlin sifarişində ittiham olunur. Onun Rusiyada öldürülən bir neçə tanınmış avtoritetin qətlinin sifarişini verdiyi deyilir. Əliyevin həbsi Sank-Peterburqdakı azərbaycanlı iş adamları tərəfindən birmənalı qarşılanmayıb. Maraq üçün deyək ki, hələlik Rusiya mətbuatı da bu barədə heç bir informasiya yaymayıb.
Amma Əliyev Ilham Oruc oğlu ilə bağlı mötəbər mənbələrdən məlumat əldə etmişik. Məlumata görə, Ilham Əliyev Rusiyada olduqca imkanlı şəxslərdən sayılır. Dünən Rusiyadakı mənbələrdən “Tülpan Ilham”ın kim olduğunu öyrənə bildik. Əliyev Ilham Oruc oğlu həqiqətən də Sankt-Peterburq şəhərində yaşayır və bu şəhərin, habelə Rusiyanın hakim dairələri ilə çox yaxındır. O, əslən Bakıdandır. Onun Rusiyadakı biznesinin çiçəklənməsində öz bacarığından başqa Isgəndər Xəlilovun da rolu olub. Elə bir qədər əvvəl “Buta” kimi qapalı və elitar yerdə toy eləməsinə kömək göstərənlərdən biri də hörmətli Xəlilov olub.
Ilham Əliyev elə iş adamlarındandır ki, ümumiyyətlə siyasət-filanla maraqlanmır. Bakıya isə əsasən yay aylarında gəlir.
“Buta Palace”də keçirilən məclisə Azərbaycanın və Rusiyanın məşhur iş adamları da qatılıb.Bir məqamı da xüsusi vuğulayaq ki, “Tülpan Ilham” Sankt-Peterburqdakı konsulumuz Qüdsi Osmanovla konfliktdədir. Eyni zamanda onunla konfliktdə olan və daim Q.Osmanov barəsində qara “piar” kampaniyası aparan, gürcüstanlı iş adamı Məmişov Vaqiflə də dostdur. Rusiya miqyasında nəhəng iş adamlarından sayılan V.Məmişov eyni zamanda tanınmış diaspora nümayəndələrindən biridir. Toyda sonuncu da aktiv iştirak edib.
Bir qədər əvvəl azərbaycanlı iş Adamı Nurulayev Hasil Kulamali oğlunun həyatına sui-qəsd təşkil etmək də suçlanıb. Sonuncunun Rusiya prezidentinə açıq məktubundan sonra Ilham Əliyev haqda Peterburq şəhər prokurorluğunda 93116 nömrəli cinayət işi qaldırılıb.