İran prezidentini həbs təhlükəsi də gözləyir
İranın prezidenti Əhmədinejad altı ay azadlıqdan məhrum oluna bilər. Dövlət başçısının prezidentliyə namizədlərin qeydiyatı zamanı yol verdiyi qanun pozuntusu onu bu cəzaya məruz qoya bilər. Əhmədinejadın günahı sübut olunarsa o, ya altı ay azadlıqdan məhrum olunacaq, ya da 74 şallaq cəzası alacaq. «The Telegraph»ın yazdığına görə, Əhmədinejad prezidentliyə namizəd olmaq istəyən müşaviri, Prezident Administirasiyasının rəhbəri Rahim Maşaini rəsmi görüşlərində müşayət etdiyinə görə bu cür ittihamla üzləşib. İranın qanunlarına görə, dövlət başçısının prezidentlərə namizədlərə belə dəstək verməsi yolverilməzdir. Əhmədinejad özü isə bu dəfəki seçklərdə namizəd kimi iştirak edə bilməz. Çünki o bu posta namizədliyini artıq 2 dəfə irəli sürüb.
azadliq.info