Ötən gün AXCP sədrinin müavini Nurəddin Məmmədli, partiya Rəyasət Heyətinin üzvü Ilham Hüseynli, AXCP gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Gənclər komitəsinin koordinatoru Rəvan Şirvani Şabran və Siyəzən rayonlarında 80-ə yaxın cəbhəçi ilə görüş keçirib. Görüşdə öləkədəki ictimai-siyasi vəziyyət, müxalifət birliyi, Milli Şuranın perspektivləri ətrafında fikir müzakirələri olub. Partiya rəhbərliyi cəbhçilər qarşısında çıxış edib, onların suallarını cavablandırıb.
Siyəzən rayonunda da eyni əhval-ruhiyyəli görüş keçirilib. Yerli cəbhəçilərə partiya rəhbərliyinin tapşırıqları çatdırılıb, təşkilatlanma məsələsi müzakirə olunub. Şabranda olduğu kimi, Siyəzən görüşündə də cəbhəçilər əsasən müxalifətin birliyi və Milli Şuranın perspektivləri haqda suallara cavab istəyiblər.
Hər iki rayonda keçirilən görüşdə cəbhəçilərin yüksək əhval-ruhiyyəsi, mübarizə əzmi yüksək qiymətləndirilib.
Ötən gün AXCP rəhbərliyi cənub bölgəsində də görüşləri davam etdirib.
AXCP sədrinin müavinləri Asəf Quliyev, Fuad Qəhrəmanlı və AXCP Gənclər Komitəsinin sədr müavini Nihad Hüseyn Masallı cəbhəçiləri ilə görüş keçiriblər.
90-a yaxın cəbhəçinin iştirakı ilə keçirilən görüşdə AXCP Masallı rayon şöbəsinin sədri Əlişir Bəşirli giriş sözü ilə çıxış edərək rayonda cəbhəçilərin fəaliyyətindən danışıb. Daha sonra partiya rəhbərliyi geniş çıxış edib, yerli cəbhəçilərlə ictimai-siyasi vəziyyət müzakirə olunub. Partiya sədrinin tapşırıqları cəbhəçilərin nəzərinə çatdırılıb və təşkilatlanma ilə bağlı tövsiyyələr verilib.
Masallı cəbhəçiləri çıxışlarında dəyişikliklərə inamlarını ifadə ediblər və müxalifətin birliyinin vacibliyindən danışıblar.
Ilham Hüseyn