«Barsa» meydana çıxmadan çempion oldu

İspaniya çempionatının 35-ci turunda çempion məlum olub. «Barselona» bu turda meydana çıxmadan çempionluğunu rəsmiləşdirdi. Buna səbəb isə turnir cədvəlində ikinci yerdə qərarlaşan Madrid «Real»ının «Espanyol»la oyunda xal itirməsi olub. 1-1 hesabı ilə başa çatan oyundan sonra «Real» klubunun 81 xalı və ehtiyatda iki oyunu var. «Barselona»nın isə 88 xalı və ehtiyatda 4 oyunu var. Bu da «Barsa»nı «Real» üçün əlçatmaz edir.

azadlıq.info