Gəlin seçək! Ədalətli cəmiyyət və qorxulu ərəb inqilabları…

Son zamanlar bir çox məmur və millət vəkilləri”miz” ərəb inqilablarının dəhşətli fəsadlarından ağız dolusu danışırlar.Bəli! Doğrudur! Məndə bir ana kimi dünyanın heç bir ölkəsində anaların qulaq batıracaq fəryadını eşitmək istəmirəm!!! Xalqımızın “cəfakeş” məmurlarına birbaşa açıq müraciət edirəm!

Cənablar rica edirəm, suallarıma cavab verin!

Mən şəhər və yaxud rayonun icra hakimiyyəti başçısı işləmək istəyirəm! Prosedur qaydanı deyin bilək, necə?! Mən rayon və yaxud şəhər prokuroru işləmək istəyirəm, necə?! Mən nazirlikdə, nazir, nazir müavini və yaxud nazirliyin tabeçiliyində olan idarələrin birində rəis işləmək istəyirəm, nece?! Həkimlərimizə etibar etməyib, müaliçə üçün xaricə qaçan vətəndaşlarımız üçün yüksək səviyyəli həkim işləmək istəyirəm, necə?! Mən seçki orqanlarda iştirak edib, tam demokratik şəkildə qalib və yaxud məğlub olmağımın rəqiblərim tərəfindən tərəfindən elan olunmasını istəyirəm! Və ən nəhayət! Mən prezident aparatının mətbuat xidmətinin rəhbəri işləmək istəyirəm! necə?! Cənablar indi isə Sizlər mənə arzularım ilə bağlı cavab verin! Mən tam məsuliyyətimlə bildirmək istəyirəm ki, sadaladığım vəzifələrə qazanc mənbəyi kimi yox, xaqimizin xoş gələcəyi naminə arzulayıram! Və son zamanlar tez-tez sitat gətirdiyiniz ərəb inqilablarının fəlakətləri ölkəmizdə təkrarlanmaması üçün arzulayıram! Yuxarıda qeyd etdiyim kimi, mən və mənim kimi bir çoxlarının gəncliyi Sizin tərəfinizdən məhf olmuşlar qorxulu ərəb inqilabı yox, ədalətli cəmiyyət qurmaq istəyirik! Bu gün ölkədə düşünən beyinlərin məhf edilməsi, aydınlarımızın mənəvi şikəst edilməsi xalqimiz üçün ərəb inqilablarından da qorxuludur!!! Bu gün peşakar hüquqşünas Aslan İsmayılov kimi vəkilərimizin üzərinə olan basqılar ərəb inqilablarından da qorxuludur! Səhər sıra kimindir? Cənablar Sizlər mənim müraciətimə səmimi olaraq cavab verin! Və gəlin subut edək ki, Sizlər həqiqətəndə xalqımızı sevirisiniz…Gəlin seçək! Ədalətli cəmiyyət və yaxud qorxulu ərəb inqilabları…

Aygün