Sahil bağında gülməli “Gül bayramı””

Səbayel rayon rəhbərliyi mayın 9-da “Sahil” bağında “Gül bayramı” təşkil edib. Görünür, bu, mayın 10-da hakimiyyət tərəfindən keçiriləcək böyük bayramın başlanğıcı imiş. Əvvəlcə hər şey öz axarı ilə gedib: musiqi, rəqs, gül sərgisi, Heydər Əliyevin portretləri. Lakin 9 may Qələbə günü olsa da, bağda gəzişən üç veteranı nəzərə almasaq, tədbirdə bu bayramı əks etdirən heç bir şey olmayıb.

Səbayel rayonu sanki paytaxt meriyası ilə bəhsə girməyi  qərara alıb ki, bağın ortasındakı hovuza qu quşları buraxıb. Bu quşların nəyin rəmzi olduğu açıqlanmayıb. Quşlar sakit şəkildə hovuzda üzürmüşlər ki, birdən fontan işə salınıb və hürkmüş quşlar uçub gediblər.

Yağış isə bayram əhval-ruhiyyəsini korlayıb. Belə ki, saat 11.00-da başlanan bayram tezliklə başa çatıb. Yerli rəhbərlik güllərin və Heydər Əliyevin portretlərinin korlanmamaq üçün  yığışdırılmasına göstəriş verib (contact.com).