Messi haqqında film çəkiləcək

“Epic Pictures Group” Kinokompaniyası “Barselona”nın argentinalı hücumçusu Leonil Messiyə film çəkəcək. ANS PRESS-in verdiyi məlumata görə, bu barədə “Sport.es” məlumat yayıb.

Filmin 2014-cü ildə keçiriləcək dünya çempionatı ərəfəsində hazır olacağı gözlənilir. Messi haqqında bu film boksçu “Rokki Balboa”ya çəkilən saqa stilində ekranlaşdırılacaq.

Film Luka Kailoinin “Messi: Əfsanəyə çevrilən oğlan haqqında” adlı kitabı əsasında çəkilir.