
“Əsgər ölümlərinə son” aksiyasında iştirak etdiyinə görə 500 manat cərimə olunan ADP gənclər təşkilatının sədri Cəmil Hacıyev barəsində cəza tədbiri dəyişdirilib. Mayın 8-də Binəqədi rayon məhkəməsi onun 220 saat ictimai işlərə cəlb oluması haqda qərar çıxarıb.
Bu barədə “Azadlıq”a C.Hacıyevin özü məlumat verib. O bildirib ki, cəriməni könüllü ödəmə müddətinin başa çatmasına 3 saat qalmış məhkəmə icraçısı dəyişdirilib. Hakim buna etiraz etsə də, sonra üzərindən keçməyə üstünlük verib. Hakim məhkəmə icraçısına bildirib ki, könüllü ödəmə müddəti 3 ay keçdikdən sonra icraata keçilməlidir. Cəmil Hacıyevin könüllü ödəniş müddətinin bitməsinə isə üç saat qalıb. Buna baxmayaraq, məhkəmə cərimənin ictimai işlərlə əvəz edilməsi haqqında qərar qəbul edib.
Məhkəmə açıq keçirilsə də, ADP gənclər təşkilatının fəallarına iclasda iştirak etməyə icazə verilməyib.


