UEFA “Fənərbağça”nı cəzalandırdı

UEFA Türkiyənin “Fənərbağça” klubunu 10 min avro cərimələyib. Buna “sarı-lacivərdlilər”in Çexiya “Viktoriya”sı ilə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə keçirdiyi oyun zamanı baş verən olaylar səbəb olub.

Martın 7-də keçirilmiş qarşılaşmada türk fanatlar stadionun fövqəladə çıxış qapılarını açmağa cəhd ediblər. Həmin oyunda “Fənərbağça” 1:0 hesabı ilə qalib gəlib. (lent.az)