Neftçalada görünməmiş özbaşınalıqlar

Qaramaskalılar etiraz aksiyası zamanı Ümid partiyasının rayon təşkilatının sədr və müavinlərini günün günortasında oğurladılar

Dünən səhər saatlarında Neftçalada Prezident seçkilərinin saxtalaşdırılmasına qarşı əsasda gənc müxalifərçilərin keçirdiyi etiraz aksiyasını bu dəfə polis yox, qaramaskalı naməlum şəxslər amansizcasına dağıdıb. Etirazın səbəbləri kimi, seçki günü hakimiyyətin karusel əməliyyatı, öyrədilmiş seçicilərin qutuya bir yox 4-5 bülletin atması, protokolları müxalifətin imzalamadiğı halda naməlum şəxslərin onların əvəzinə protokollara imza atması və polisin birbaşa seçkiyə müdaxiləsi göstərilir.
Etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, aksiyada 60-a yaxın iştirakçı olub. Aksiyaçılar ilk olaraq Ümid partiyasının yerli qərərgahına toplaşaraq bəyanat yayıblar. Bəyanatda 15 oktyabrda keçirilmiş oyuncaq prezident seçkilərini tanımadıqlarını qəti şəkildə bildirdikdən sonra şəhərin mərkəzi prospektiylə icra hakimiyyətinə doğru etiraz yürüşü keçirmək qərarını veriblər. Eirazçılar prospektlə « Rədd olsun monarxiya », «Azadlıq», «İstefa», «Saxtakarlar tutulsun» kimi şüarlarla irəliləyərkən naməlum avtobusdan 25 ə yaxin qaramaskalı şəxslər düşərək etirazçıları amansizcasina döyərək aksiyani dağıdıblar.NGMT nin (Neftçala gənc müxalifətçilər təşkilatı) sədri eyni zamanda Ümid partiyasinin rayon təşkilatının rəhbəri Rəşad Fərziyevlə birlikdə, müavinləri Adıgözəl və Ramin adlı şəxsləri də həmən maşına zorla mindirərək naməlum istiqamətə aparıblar. Hələki onları gördüm deyən olmayıb. Hadisə ilə bağlı NRPŞ ilə əlaqələrimiz nəticəsiz qaldı. Xatırladaq ki hər 3 nəfər seçki vaxtı ayrı-ayrı məntəqələrdə katib vəzifəsində olublar və seçkilərin saxtalaşdırılmağını əsas gətirərək protakola qol çəkməyiblər. Məlumunuz olsun ki, Rəşad Fərziyev hakimiyyətin qara siyahısında olan fəal aparıcı müxalif gəncdir. O, kifayət qədər nüfuz dairəsinə malikdir elə buna görədə daim təzyiq və nəzarət altındadır. Dəfələrıə İH və polislər tərəfindən çağırılaraq partiya rəhbərliyindən istefa verməməsi tədqirdə müəllim işlədiyi məktəbdən çıxarılacağı tələbilə üzləşib. Ötən seçkilər zamanı da R.Fərziyev ciddi təzyiqlərlə üzləşib. Beləki 2003-cü ildə keçirilmiş saxta prezident seçkilərinə qarşı Fərziyev öz tərəfdaşları ilə birgə etiraz aksiyalarina rəhbərlik etmiş, Neftçalada polisin aksiyalara qəti surətdə icazə verməməsinə görə Bakıda keçirilən mitinqlərə qatılmışdı. O zaman paytaxtda polislər etirazçıların üzərinə xüsusi hazırlıq görmüş itləri buraxarkən sözü gedən şəxs sol ayağından ciddi zədə almış, çoxlu qan itirmişdi, hətta xəstəxanada onun yarasına adı tikiş belə vurmamışdılar. 2005-ci ildə keçirilən parlament seçkiləri zamanı Neftçalada «Azadlıq» blokundan deputatlığa namizəd F.Hüseynovun qalib gəldiyi halda 61 saylı DSK YAP-ın namizədi Arif Rəhimzadənin qələbəsini elan etmişdi. Buna etiraz eden «Azadlıq» blokunun üzvləri ilə polis arasında həmin ilin oktyabr ayında toqquşma baş vermişdi. Polislər qanunsuz olaraq etirazçıları həbs etmiş, o zaman Rəşad Fərziyev heç bir məhkəmə qərarı olmadan 10 gün həbsdə saxlanılaraq ağır işgəncələrə məruz qalmış, MST-də döyülərkən başından ağır kəllə beyin zədəsi almışdı. Adıçəkilən şəxslərin valideynləri hazırda çox pis durumdadırlar. Rəşad Fərziyev yaxınları ilə əlaqə saxladıq, onlar çox narahatlıqla bildirdilər ki, artıq hakimiyyətin bu cür addımları insanlığa sığılmazdır. Biz hadisə ilə bağlı kimə müraciət etməyi belə düşünmürük çünki bu olaylar birbaşa Prezident Aparatından idarə olunur, ümidimiz yalnız KİV-lərə qalıb. Hadisə ilə bağlı təcili toplantı keçirilib, gənc fəalların harada olması ilə bağlı daxili işlər naziri Ramil Usubova artıq müraciət olunduğu bildirilib.

 

 

 

 
Elçin