Bakıda türk liseyində yanğın olub

Bakının Nəsimi rayonu ərazisində təhsil ocağında başlayan yanğın söndürüldü.

Nəsimi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, hadisə yerinə gələn yanğınsöndürənlər yanğını artıq söndürüblər. Yanğın zamanı məktəbin 20 kvadratmetr sahəsi yanıb. Şagirdlər təxliyyə olunublar. Xəsarət alan olmayıb.
Yanğına işıq generatorunun partlamasının səbəb olduğu bildirilir.