Bizi niyə aldatdın?

İmişli sakininin icra başçısı Vilyam Hacıyevə açıq məktubu

“Sizin ”Azərbaycanfilm”in istehsalı, rejissoru Cahangir Mehdiyev, senarisi isə Isi Məlikzadəyə məxsus olan 1987-ci ildə lentə alınmış “Kişi sözü” filminə tamaşa edib-etmədiyinizi bilmirəm. Filmin qəhrəmanı Qasım (aktyor Əjdər Həmidov) üçün həyat sınaq məktəbinə çevrilir. Filmin tam açılışı belədir: – Kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? “Kişi sözü” filmi bu suallara cavab verir, qanı yalanla yoğrulmuşları kişiliyə çağırır.
Əlbəttə, bu filmi misal çəkməyim boş yerə deyil. Çünki mənə verilən sözün, “kişi sözünün” heç biri yerinə yetirilmədi. Biz imişlilər isə sözü danışanda ağzımızdakı dil vaistəsi ilə danışır, sözü isə ağzımızdan çıxarırıq.
Imişli rayonuna icra başçısı təyin olunanda sizin barənizdə rayon üzrə əslində məndən məlumatlı adam yox idi. Sizin başçı təyin olunduğunuz günün sabahı məni böyük hörmət və izzətlə qarşılayanda birinci müavin Səfa Ağayevin yanınızda özünü min cür formaya saldığını görəndə onda başa düşdüm ki, o, yola saldığı başqa icra başçıları kimi sizi də yola salacaq. Imişliyə təyinatınızın ilk günlərindən rayonu Avropa şəhərlərindən birinə çevirəcəyinizə söz verib, Imişlidə abadlıq işlərinə başladınız. Iş adamlarını və investorları respublikanın müxtəlif regionlarından Imişliyə dəvət edib, işə başladınız. Investorlardan Müqayis Verdiyev, Maşallah Əhmədov, Pərviz, Osman, Cahangir və Saatlıdan olan Məmmədağa adlı şəxlər şəxsi münasibətlərinə görə başqalarından seçilirdi. Iş adamlarının eləsi vardı ki,  sizə kassirlik də edirdi. Imişlinin Xəlfəli kəndində yaşayan bir nəfərdən 15 min manat alınmışdı. Başqa bir sabiq idarə rəhbərindən 20 min manat alınmış, vəzifəyə qaytarılmasına söz verilmişdi. Imişlinin Yuxarı Qaralar kənd sakini Tacəddindən 4 min manat alınıb ki, həmin ərazi üzrə nümayəndənin müavini təyin olunacağı vəd olunmuşdu. Bundan başqa, həkimlərin, məktəb direktorlarının və icra hakimiyyəti nümayəndəliklərinin kəndlər üzrə mühasib və müavinlərinin başına oyun açan birisi də var ki, başına molla papağı qoyub, saqqal saxlayıb vəzifəyə adam təyin etdirir. Nə isə, bunlar öz işindir. Sadəcə olaraq, mənə sual etdin ki, kimdən nə isə aldığımı eşitmisən? Indi isə cavab verirəm. “Ya keçəl Həsən və yaxud Həsən keçəl” bərabər çıxar. Başına toplaşan dostlar, iş adamları, investorlar axı hanı? Müqayis Verdiyev 2.5 milyon borcunu istədiyi üçün düşdü qara siyahıya, Maşallah Əhmədov and-aman edir ki, 100 min manatımın arxasına keçiblər. Cahangir yazıq pulun istədiyi üçün Imişlinin KPZ-sində 5 günlük məhbəs həyatı yaşadı. Pərviz, Məmmədağa, Osman və başqaları nə üçün xarab çıxdı? Qayıdaq bir az geri, Samuxlu iş adamı “Samir Istehsal” MMC-nin direktoru Nəsrulla Nəzərovun günahı nə oldu ki, 491 min manatı güdaza getdi? Bəs hansı səbəbə bizləri aldatdın? Bütün bunları ən yüksək instansiyalara da yazmışam, cavab gözləyirəm”.

Mürşüd Mirzəyev