Milli Məclis Amnistiya Aktını qəbul etdi

Mayın 7-də millət vəkili Mehriban Əliyeva Milli Məclisdə Amnistiya Aktını təqdim edib. Mehriban Əliyeva bu aktın Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbulunun böyük rəmzi xarakter daşıdığını bildirib: «Bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan humanizm ideyaları olub. Diqqətinizə təqdim olunan qərarda 9 min şəxsin amnistiyaya düşəcəyi, onlardan 2 mindən artıq məhkumun azad olunması gözlənilir. İnanıram ki, azadlığa çıxan insanlar bir daha gələcəkdə belə səhvlərə yol verməyəcəklər, cəmiyyətdə öz yerlərini tutacaqlar».
Mehriban Əliyeva həmkarlarını bu qərarı dəstəkləməyə çağırıb.
Müzakirələrin sonunda 114 nəfər lehinə olmaqla Amnistiya Aktı qəbul edilib.