İrana qarşı 400 milyonluq bomba

İran narahatedici addım atsa, «Sığınacaq dağıdan» bomba Irana atılacaq

“ABŞ Irana hərbi müdaxilə edə bilər”. Bu barədə ABŞ-ın nüfuzlu “The Wall Street Cournal” qəzeti yazıb. Xəbərdə ABŞ müdafiə naziri Çak Heygelin Israilə səfəri çərçivəsində bu ölkənin yüksək çinli rəsmiləri ilə keçirdiyi görüşlərdə Iranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yollarla həll edilməyəcəyi təqdirdə hərbi variantın masaya yatırılacağı məsələsində ortaq fikrə gəlindiyi iddia olunub:
“Tərəflər Iranda bu il iyunun 14-də keçiriləcək prezident seçkilərindən sonra yeni hökumətin nüvə proqramı ilə bağlı dünya ictimaiyyətini narahat edəcək addımlar atacağı təqdirdə bu ölkəyə hərbi müdaxilə məsələsini nəzərdən keçirəcəklər”. Qəzet həmçinin yazır ki, ABŞ Iranın Qum şəhəri yaxınlığındakı “Fordo” yeraltı nüvə obyektini dağıda biləcək bomba istehsal edib: “”Sığınacaq dağıdan” adı verilən bomba daha da təkmilləşdirilib və onun gücü ilə bağlı videogörüntü Israil rəsmilərinə nümayiş etdirilib.
Bu yolla da onlar razı salınıb. 400 milyon dollara başa gələn bombanın diplomatik müzakirələr müvəffəqiyyətsizliyə uğrayacağı təqdirdə Iranın nüvə silahına sahib olmasına maneə törədəcəyi düşünülür”.