ABŞ-da X-51A Waverider silahının sınağı uğurla başa çatıb. Bu barədə BBC-nin rəsmi saytında məlumat yayılıb. Raket B-52 təyyarəsindən 15 200 metr hündürlükdən buraxılıb. Uçuş 6 dəqiqə davam edib, raketin sürəti saatda 6100 km olub. 426 kilometr uçandan sonra raket partladılıb.
Bundan əvvəlki test uğursuzluğa duçar olub. Ötən ilin avqust ayında pilotsuz X-51A B-52 bombardımançı təyyarədən atılmışdı. 16 saniyəlik uçuşdan sonra uçuş aparatı Kaliforniya yaxınlığında Sakit okeana düşdü. X-51-in ilk uğurlu sınağı isə 2010-cu ildə həyata keçirilib. 4 metrlik X-51 saatda 6,4 km sürətlə uça bilir.
Pentaqonda maksimum 60 dəqiqə ərzində dünyanın istənilən nöqtəsinə zərbə endirə biləcək silah əldə etməyi nəzərdə tutublar. Bu da terrorla mübarizədə böyük əhəmiyyətə malikdir. Aparat Boeing korporasiyası tərəfindən işlənib hazırlanır.


