“Bakcell” və “Azercell” şirkətləri istifadəçiləri üçün təklif etdiyi “0 facebook” xidmətini dayandırıb. Bu xidmət həmin mobil operatorlar vasitəsilə facebook sosial şəbəkəsindən pulsuz istifadəni nəzərdə tuturdu.
“Bakcell” özünün facebook-dan pulsuz istifadə imkanı verdiyi “Cineration” abunəçilərinə bu güen “0 facebook” xidmətinin texniki səbəblərə görə dayandırıldığına dair mesaj göndərib.
“Azercell” istifadəçiləri isə artıq iki gündür “0 facebook” xidmətdən istifadə edə bilmirlər.
“Azercell”dən “Avropa.info”ya bildiriblər ki, şirkət təkminləşmə işləri aparır və bu səbəbdən facebook-da pulsuz istifadə müvəqqəti olaraq mümkün deyil.
Bununla belə, facebook istifadəçiləri arasında hər iki şirkətin demək olar ki, eyni vaxtda belə bir qərar verməsinin ölkədəki siyasi proseslərlə bağlı ola biləcəyi mülahizəsi də yayılıb.
“Bakcell” və “Azercell” facebook-a pulsuz girişi bağladı
•
•


