Rusiya Suriya müxalifəti ilə danışıqlara hazırdır

Rusiya xarici işlər naziri Sergey Lavrov müxalif Azad Suriya Ordusunun nümayəndəsi Səlim İdrisin Moskva ilə danışıqlara hazır olduqları ilə bağlı bəyanatını şərh edib. XİN başçısı ölkəsinin Suriya müxalifətçiləri ilə əlaqələrin qurulmasının əleyhinə olmadığını deyib. Bununla belə Lavrov bir daha qeyd edib ki, Suriya daxilindəki münaqişə yalnız tərəflər arasında razılıq əldə olunması yolu ilə həll edilməlidir. «Düşünürəm ki, zorakılığın qarşısının alınması yollarını Moskvada, yaxud digər yerdə yox, Suriya hökuməti ilə müxalifət arasında danışıqlar çərçivəsində axtarmaq lazımdır» – deyə Lavrov bildirib.