ABŞ-ın hərbi təyyarəsi qəzaya uğrayıb

Qırğızıstan rəsmilərinin bildirdiyinə görə, ABŞ-ın hərbi təyyarəsi Manas hərbi bazasından 160 km-lik məsafədə qəzaya uğrayıb.

Qazaxıstan sərhədləri yaxınlığına düşən təyyarə üç yerə bölünüb. Tələfat barədə məlumat verilməyib.

Bazar ertəsi Amerikanın milki yük təyyarəsi Əfqanıstanın Baqram hərbi bazasından qalxdıqdan az sonra düşmüş, təyyarədə olan 7 adam həlak olmuşdu.