Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov İranın ali dini rəhbəri ayatullah Əli Xamneyi ilə görüşüb. Bu haqda partiyanın saytı məlumat yayıb.
Xəbərdə deyilir ki, Tehranda keçirilən «İslam alimləri və islam oyanışı» adlı beynəlxalq konfransa (30 aprel -1 may) Azərbaycandan da ilahiyyatçılar qatılıb. Elçin Manafov Khamenei ilə fasilə zamanı başqa ruhanilərlə birlikdə görüşüb.
Məlumata görə, Mübariz Ruhanilər Cəmiyyətinin sədri, ilahiyyatçı alim Tohid İbrahimbəyli konfransda çıxış edib. O, həmçinin Xamneyi ilə görüşrərk ondan Azərbaycan həbsxanalarındakı məhbuslar üçün dua etməsini istəyib.


