Boston polisi aprelin 15-də şəhərdə keçirilən marafon yarışı zamanı törədilən partlayışların təşkilində şübhəli bilinən daha 3 nəfərin saxlandığını xəbər verir. Hələlik onların şəxsiyyəti və rolu barədə məlumat verilmir. Boston partlayışlarında 3 nəfər ölüb, 260-dan çox adam isə yaralanıb. Bundan əvvəl bu terror aktında şübhəli bilinən iki qardaşdan biri Tamerlan Tsarnaev polislə atışmada öldürülüb, 19 yaşlı Dzokhar Tsarnaev isə yaralı halda ələ keçirilib. Milliyətcə çeçen olan qardaşlar 10 ildir ki, ABŞ-da yaşayırmışlar.
Boston partlayışlarına görə daha 3 şübhəli saxlanılıb
•


