“Bizim ailə üzvlərimizə məxsus olan Lökbatan qəsəbəsi 28 may ünvanında yerləşən kolxoz bazarının qarşısındakı ticaərət gərcəsindəki mağaza bazarla birlikdə Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov tərəfindən Qasımov Hüseyn Əlibala oğlunun adına özəlləşdirilmişdir.
Hüseynov Mirzəkərim Ağa oğluna, Məmmədov Elnur Sahib oğluna və Şamilov Şamil Caməmməd oğluna məxsus mağazalar saxtakarlıq yolu ilə bazarın tərkibinə daxil edilmiş və bizim xəbərimiz olmadan özəlləşdirilmişdir. Biz 20 il bu mağazalarda kommersiya fəaliyyəti ilə məşğul olmuşuq və vergi ödəyicisi kimi qeydiyyatdayıq.
Hər şeydən əvvəl qeyd edilməlidir ki, Ş. Şamilova məxsus mağazanın bazara heç bir aidiyyatı yoxdur və həmin mağaza 1994-cü ildən müstəqil fəaliyyət göstərir. Mağazanın tikintisinə bazarın vəya bazar rəhbərliyinin heç bir vəsaiti xərclənməmişdir. İddiaçının şəxsi vəsaiti hesabına tikilmişdir.
Hüseynov Mirzəkərim Ağa oğluna məxsus mağaza isə Azərittifaqa tabedir və 15v ildən artıqdır fəaliyyət göstərir.
Məmmədov Elnur Sahib oğlunun istifadəsində olan mağaza RİH-nin sərəncamı ilə, ğz vəsaiti hesabına tikilmiş və uzun müddətdir orada fəaliyyət göstərir.
Ali məhkəmənin müdaxiləsi nəticəsində birinci instansiya məhkəməsinin qərarı ləğv edilmişdir. Süleyman Mikayılov məhkəmənin qərarına təsir göstərir.
Ali məhkəmənin İnzibati-İqtisad Kollegiyasının hakimi xanım N. Rəsulbəyova işə baxarkən sübut olundu ki, həqiqətən bizə məxsus mağazaların bazara heç bir dəxli yoxdur
Məhkəmə prosesində iştirak edən Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin vəkili xanım Esmira Hüseynova və nümayəndə llə Hüseynova çıxış edərək şamilov Şamilin kassasiya şikayətini düzgün hesab etmiş və alqö-satqı müqaviləsinin qismən ləğv edilməsini 1 saylı İnzibati-iqtisad Məhkəməsinin (81)- 746/2012) saylı iş üzrə 18 may 2012- ci il tarixli qərarı qüvvədə saxlamağını və Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2012-ci il tarixli (103)-862/2012) qərarını ləğv etməsini xahiş etmişdir. Lakin hakim bunlara əhəmiyyət verməmiş, çıxışlar protokolda qeyd edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdı.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 noyabr tarixli 332 nömrəli fərmanı əsasında Azərbaycan Respublikası Nazirlər Kobineti 22 dekabr 1992-ci il tarixli 683 saylı qərar qəbul etmişdir ki, həmin qərara əsasən kolxoz bazarları dəyəri yerli icra hakimiyyətləri tərfindən ödənilməklə “Azərittifaq”ın balansından alınaraq, müvafiq rayon icra hakimiyyətlərinə verilmişdir. Bazarın baş mühasibi V. Xrunovanın iştirakı ilə akt tərtib edilmişdir.
Hal-hazırda biz bazarın ümumi alqı- satqı müqaviləsinin ləğvi üçün 1 saylı İnzibati- İqtisad məhkəmsində iddia qaldırmışıq. Lakin Ali Məhkəmənin sədrinin Süleyman Mikayılova qohum olması işə öz təsirini göstərir.
Biz YAP-ın üzvləriyik. Bizə qarşı bu cür təcavüz hardan qaynaqlanır?
Biz sizə bir neçə dəfə müraciət etmişik ki, bizi qəbul edəsiniz. Lakin bu günə kimi nəticəsi yoxdur. Biz ərizəmizin bir sürətin mətbuat vasitəsilə sizə ünvanlayırıq. Xahiş edirik bizim şikayətimizi nəzarətə götürüb, bizi qəbul edəsiniz. Biz lazımolan sənəd və sübutları sizə təqdim edə bilərik.
Bu məsələnin Məhkəmə Hüquq Şurasında da araşdırılmasına göstəriş verməyinizi sizdən xahiş edirik.
Hörmətlə: A. Ağayev ; E. Məmmədov; M.Hüseynov;.
01.may 2013 –cü il


