Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin Rəyasət Heyəti (AXCP RH) növbəti iclas keçirib. İclasda təşkilat daxili məsələlər, ictimai-siyasi durum müzakirə edilib.
AXCP RH-də ötən həftə partiya funksionerlərinin əyalətlərdə- Göyçay, Ağdaş, Xaçmaz, Quba, Dəvəçidə keçirdiyi müşavirə və başqa toplantılar barədə hesabatları dinlənilib.
Görülən işlərin nəticələri müsbət qiymətləndirilib, əyalətlərdə təşkilatlanma işinin daha intensiv aparılması ilə bağlı qərar qəbul olunub. Növbəti həftədə keçiriləcək tədbirlər planı dəqiqləşdirilib.
AXCP RH ictimai-siyasi durumu müzakirə edərək avtoritar rejimin həbsdə saxladığı siyasi xadimlər- Müsavat başqanının müavini Tofiq Yaqublunun və REAL vətəndaş hərəkatının sədri İlqar Məmmədova qarşı yeni ittihamların irəli sürülməsini qanunsuz, məkrli qərəz kimi dəyərləndirib.
İclasda azad sözə qarşı hakimiyyətin təzyiqləri də nəzərdə keçirilib: “Azadlıq” qəzetinin əməkdaşlarının nəqliyyat nazirliyinin müfəttişləri tərəfindən fiziki zorakılığına məruz qalması və video-kameralarının əllərindən alınmasına bugünədək heç bir rəsmi reaksiyanın verilməməsi hakimiyyətin söz azadlığına düşmən münasibəti kimi səciyyələndirilib.
AXCP RH “Azadlıq” radiosunun iki əməkdaşı Xədicə İsmayıl və Yafəs Əkrəmoğluna qarşı hakimiyyətin KİV-də başlanan çirkin qarayaxma kampaniyasını da müzakirə edib, bu hadisəni hakimiyyətin mənəvi şikəstliyi kimi qiymətləndirib.
AXCP RH hakimiyyətə azad və fərqli fikir sahiblərinə qarşı qanunsuz və əxlaqdan kənar davranışlardan, ölkə vətəndaşları arasında qarşıdurma mühiti yaratmaqdan təcili əl götürməklə bağlı da çağırış ünvanblayıb