Misir Mərdanov yeni vəzifə aldı

Keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin edilib.

Bu barədə apa-ya AMEA vitse-prezidenti Akif Hacıyev bildirib.

M. Mərdanov kollektivə aprelin 29-da təqdim olunub. Onu kollektivə AMEA prezidenti Akif Əlizadə təqdim edib.

Aprelin 19-da prezident İlham Əliyevin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad olunub.

Prosedur qaydalara görə, AMEA-nın institut direktorları seçki ilə müəyyən olunur. Lakin AMEA prezidentinin həmin vəzifələrə müvəqqəti icra edicilər təyin etmək hüququ da var.