Praqada güclü partlayış (VİDEO)

Çexiyanın paytaxtı Praqanın mərkəzində güclü partlayış baş verib. BBC-nin yerli polisə istinadən verdiyi məlumata görə, Milli Teatr yaxınlığında baş vermiş partlayış nəticəsində azı 55 nəfər yaralanıb. Binanın dağıntıları altında sağ insanların olduğu, lakin onların sayının dəqiq məlum olmadığı bildirilir.

Yaxınlıqdakı binaların şüşələri sınıb. Hazırda partlayışın baş verdiyi küçə polis tərəfindən mühasirəyə alınıb. İlkin məlumatlara görə, partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.