Azərbaycanlılar Moskva polisini ayağa qaldırdı

Rusiyanın paytaxtı Moskva şəhərində toy karvanında havaya atəş açan azərbaycanlılar saxlanılıb. ANS PRESS-in RBK-ya istinadən verdiyi məlumata görə, ilkin olaraq Rusiya DİN əməkdaşları naməlum şəxslərin Varşava şossesində atəş açdıqları məlumatını alıblar. DİN mətbuat xidmətindən həmin əraziya hüquq-mühafizə orqanları əməkdaşlarının gedərək şübhəli səxsləri saxlamaq istiqamətində əməliyyat keçirdiklərini bildirilib. Toy karvanındakı maşınlardan bəzilərinin dövlət nömrə nişanı olmayıb. Saxlanılan şəxslərinin hamısının azərbaycanlılar olduğu bildirilir.