“Dünyanın ən yaxşı opera rejissorları ilə bir sırada…”

«Koroğlu» və «Leyli və Məcnun»un rejissoru

Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardan biri də görkəmli opera rejissoru kimi tanınan, Özbəkistanın və Azərbaycanın xalq artisti Firudin Səfərovdur.
Professor F.Səfərov Özbəkistan Dövlət mükafatı ÿlaureatı,ÿ Əlişir Nəvaiÿadına Özbəkistan Opera və Balet Teatrının baş rejissoru olub.ÿ Görkəmli bəstəkarımızÿ Arif Məlikov F.Səfərovun opera rejissorluğu fəaliyyətini yüksək qiymətləndirərək yazmışdır: “Onun yaradıcılığınınÿinsan qəlbinə və zehninə təsiri o qədər yüksəkdirÿki, dünyanın ən yaxşı opera rejissorları ilə bir sırada dayanır. Mən onun quruluş verdiyi bir çox tamaşalara baxmışam. Mən bu tamaşaları alqışlamışam və fəxrÿetmişəm ki, Azərbaycan incəsənəti musiqi, teatr, rəssamlıqla yanaşı, opera rejissorluğu sahəsində də Firudin Səfərov kimi böyük sənətkar yetirmişdir”.
Səfərov Firudin Səttar oğlu 1 avqust 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında zərb alətləri üzrə təhsil almış, bir neçə il Konservatoriyada zərb alətlərindən dərs demiş, ksilofon ifaçısı kimi SSRI-nin bir çox respublikalarında çıxış edərək, Ümumittifaq müsabiqələrinin laureatı olmuşdur. 1953-cü ildən 1964-cü ilədək dahi dirijor maestro Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində çalışmışdır. 1968-ci ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirən Firudin Səfərov 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlamışdır, 9 il burada çalışmışdır. Az bir vaxtda F.Səfərov özünü istedadlı bir sənətkar kimi tanıda bilmişdir. O, bir çox opera tamaşalarına, o cümlədən “Koroğlu”, “LeyliÿvəÿMəcnun”, “Qaratoxmaq qadın”ÿoperalarına quruluş vermiş, teatr aləmində bacarıqlı rejissor kimi şöhrət qazanmışdır. Firudin Səfərov bir çox dövlət səviyyəli tədbirlərin hazırlanmasına bilavasitə rəhbərlik etmişdir.
Almaniyaya üç əsər…
Artıq Azərbaycanda öz bacarığı və istedadı ilə tanınan Firudin Səfərov 1977-ci ildə A.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrına dəvət edilmiş və teatrın baş rejissoru kimi fəaliyyətini uğurla davam etdirmişdir.
“Vikipedia”nın yazdığına görə, bu illər ərzində görkəmli rejissor 60-a yaxın opera tamaşalarına, o cümlədən “Odlu mələk” (S.Prokofyev), “Birinci ÿPyotr” (A.Petrov), “Otello”, “Aida”, “Trubadur”, “Maskarad”, “Traviata” (C.Verdi), “Faust” (Ş.Quno), “Qaratoxmaq ÿqadın” (P.I.Çaykovski), “Karmen” (C.Bize), “Samson vəÿ Dalila” (K.Sen-Sans), “Toska”, “Bogema”, “Qio-qio-san” (C.Puççini), “Sevilyaÿ bərbəri”, “Abu ÿHəsən”, “Nikah ÿkağızı” (D.Rossi), “Ömər Xəyyam” (M.Bafoyev), “Leyli ÿvə ÿMəcnun” (R.QliyerÿvəÿT.Sadıqov), “Anaÿürəyi” (H.Rəhimov) və başqa tamaşalara maraqlı quruluşlar vermişdir.
F.Səfəorv Özbəkistanda keçirilən kütləvi bayramların bədii rəhbəri və quruluşçu rejissoru kimi də fəaliyyət göstərmişdir.
Azərbaycandan kənarda çalışmağına baxmayaraq Firudin Səfərov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, müasir türk bəstəkarı Nevit Kodallının “Van Qoq” və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun “Natəvan” operalarına quruluş vermişdir.
Özbəkistanÿ OperaÿTeatrı ÿtarixindəÿ ilkÿ xariciÿ qastrolları da Firudin Səfərov təşkil edib və Almaniyaya ÿolanÿ bu ÿsəfərəÿ üçÿ əsəriÿ aparılıb. Tamaşalar ÿhəmÿ müəllifə,ÿ həm də Özbəkistan OperaÿTeatrınaÿ böyükÿ uğurlar qazandırmışdır. ÿEyni zamanda görkəmli rejissor qonşuÿ ölkələrin ÿmüxtəlifÿ teatrlarına da dəvətlər ÿalıb. Onunÿ Odessa teatrında quruluş verdiyi “Qaratoxmaqÿ qadın”,ÿVoronejdəÿ “Otello” ,ÿSamarada “Faust”, Almatıda “Aida”, “Faust”, “Qaratoxmaqÿ qadın”ÿ operaları uğurÿ qazanmışdır.
F.Səfərovun peşəkar kadrların hazırlanmasında da böyük xidmətləri olmuşdur. O, uzun illər Daşkənd Dövlət Konservatoriyasının opera hazırlığı fakültəsində də fəaliyyət göstərmişdir. Ilk yaradıcılıq addımlarını atan bir çox gənc məhz ilk yaradıcılıq addımlarını ustad rejissorun köməyi ilə atmış, öz istedadlarını nümayiş etdirmək imkanı əldə etmişlər.
Özbək mədəniyyəti tarixində “Səfərov opera məktəbi”
Firudin Səfərov 2002-ci ildən Daşkənd Dövlət Konservatoriyasının professorudur.
1981-ci ildə A. Petrovun “Birinci Pyotr” operasının quruluşuna görə Özbəkistanın Dövlət mükafatına layiq görülmüşdür.
O, 1986-cı ildə Özbəkistan Respublikasının, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
SSRI ÿxalq artisti,ÿ rəqqasəÿ Aliyə ÿIsmayılova yazır ki,ÿ Firudinÿ Səfərovun ÿrejissorluqistedadı ÿAllah ÿvergisidir.
Məlum olduğu kimi, Özbəkistanÿ Operaÿ və ÿBaletÿ Teatrıÿ1929-cuÿ ildə, yəni Azərbaycanÿ operasıÿ yarandıqdan ÿ(1908) 21ÿilÿsonra yaranmışdır. Özbəkistanınÿ Operaÿ Teatrıÿ “Arşınÿ malÿalan”ÿ əsəriÿ ilə açılıb. Sonralarÿ M.Maqomayevin “Nərgiz”, Q.Qarayevin “Ildırımlı yollarla”, “Yeddiÿgözəl”, A.Məlikovun “Məhəbbətÿ əfsanəsi”, “Iki ÿqəlbin ÿdastanı”, F.Əmirovun “Sevil”, “Min bir gecə” və s. əsərləri özbək səhnəsində oynanılıb.
“Məhəbbətÿ əfsanəsi” ÿvə ÿ”1001ÿ gecə “ÿbaletləri ÿözbək ÿteatrınınÿ repertuarından heç zaman düşməyib. Ümumiyyətlə, ÿÖzbəkistanÿ Operaÿ və ÿBaletÿ Teatrının ÿsəhnəsində ÿbu vaxta qədər 12-dən çoxÿ Azərbaycan əsəri ÿoynanılmışdır.
Firudin ÿSəfərov Özbəkistan ÿopera teatrının səhnəsində dünyanın məşhur əsərlərini tamaşaya qoymaqla yanaşı, özbək sənətkarlarının da əsərlərinəÿ müraciət ÿetmişdir. Ümumiyyətlə, rejissor bu günədək 16-ya qədər özbək əsərinə opera səhnəsində həyat vermişdir.ÿ
Özbək musiqişünası N.Komax yazmışdır ki, Firudin Səfərov opera rejissorluğunun şairiÿ və ÿmütəfəkkiridir.
SSRI xalq artisti, dirijor Dilbər Əbdürrəhmanova isə görkəmli rejissorun yaradıcılıqÿ uğurlarını belə dəyərləndirmişdir: “Firudin Səfərov, şübhəsiz, hər şeydən əvvəl novator rejissordur”.
Firudin Səfərov öz zəngin yaradıcılıq yolu ilə özbək opera teatrındaÿsilinməz izlər buraxmışdır.
Özbək mədəniyyəti tarixindəÿ”Səfərovÿ opera məktəbi”ni yaratmağa nail olmuş Firudin Səfərov Azərbaycan-Özbək teatr əlaqələrinin inkişafına da böyük töhfələr vermişdir.
2008-ci ildə recissorun 75 illik yubileyi Özbəkistan hökuməti tərəfindən yüksək səviyyədə qeyd olunmuş, Firudin Səfərovun özü isə yubiley gününə dünyanın məşhur operalarından biri olan “Karmen” tamaşasını yenidən hazırlamışdır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir