aliyev-memurlar10

“Naxçıvan” qruplaşması yenə hücuma keçdi

aliyev-memurlar10İlham Əliyevin tərəddüdləri onları narahat edib

Ölkə başçısı Ilham Əliyevin 2013-cü il prezident seçkisində iştirak edib-etməyəcəyi barədə hələ qəti qərar verməyib. Xatırladaq ki, Ilham Əliyev sonuncu dəfə bu barədə 2012-ci ilin sentyabrında “Əl Cəzirə” telekanalına müsahibəsində danışıb. Onda da bildirib ki, növbəti seçkidə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə qəti qərara gəlməyib.
Prezident seçkisinə az qalmış bir müddətdə Ilham Əliyevin hələ də qərarını açıqlamaması hakimiyyətdəki “Naxçıvan” qruplaşmasının təşvişinə səbəb olub. Qruplaşmada Ilham Əliyevin namizədliyini irəli sürməyə biləcəyi barədə şübhələr yaranıb. Bu baxımdan da onun hakimiyyətdə alternativsiz namizəd olması məsələsi yenidən gündəmə gətirilib. Son bir neçə gündə “Naxçıvan” qruplaşmasına daxil olan hakimiyyət təmsilçilərinin prezident seçkisində Ilham Əliyevin namizəd olacağını qətiyyətlə söyləməyə başlayıblar. Məsələn, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov son bir neçə gündə iki dəfə bu barədə danışıb. Birincidə o, bildirib ki, Ilham Əliyevin namizəd olacağı mütləq və mütləqdir. Ikinci açıqlamada isə Ilham Əliyevin alternativsiz namizəd olduğunu deyib. Əslində bu açıqlamalar “Naxçıvan” qruplaşmasının hakimiyyətdə başqa bir şəxsin namizədliyini qəbul etməyəcəyinə işarədir. Məlumat üçün deyək ki, ümumiyyətlə iqtidar daxilində 2013 seçkisinə münasibətdə ziddiyyətlər var. Bir qrup Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsinə tərəfdar deyil. Onların fikrincə, Ilham Əliyevin hətta Rusiya prezidenti Vladimir Putinin atmadığı addımı atması bütövlükdə hakimiyyət üçün ciddi təhlükəyə çevrilə bilər. Bu qənaətdə olanlar Qərbin bu məsələyə mənfi münasibətini əsas gətirərək belə deyirlər. Onlar “Medvedev variantı”nın daha məqsədəuyğun olduğunu hesab edirlər. Bu variantda isə Ilham Əliyevin xanımı Mehriban Əliyevanın adı hallanır. “Naxçıvan” qruplaşması isə heç bir halda Paşayevlərin namizədini qəbul etmir. Onların fikrincə, bu variantı seçmək klanın intiharı deməkdir.

Azad