Bir neçə gün əvvəl Daxili Işlər Nazirliyinin Insan Alverinə Qarşı Mübarizə Idarəsi Naftalanda xüsusi əməliyyat keçirib. Bu barədə “Bizim Yol”a məlumat verən mənbənin sözlərinə görə, şərti olaraq “Matan” adlandırılan əməliyyatda insan alveri ilə məşğul olan Mətanət Məmmədova və bir neçə nəfər həbs edilib.
Həbs edilən dəstə üzvləri Naftalan Şəhər Polis Şöbəsinin rəhbərliyi ilə əlaqəli olub. Əməliyyatdan dərhal sonra Naftalan şəhər polis şöbəsinin rəisi Ağakişi Ismayılov işdən azad edilib. Onun müavini isə cinayət məsuliyyətinə cəlb edilib.
Məlumatla bağlı “Azadlıq”ın sorğusuna cavab verən Naftalan polis şöbəsinin rəis əvəzi Akşin İbrahimov həbs xəbərini təsdiqləsə də, polis əməkdaşlarından heç kimə cinayət işi qaldırılmadığını deyib: “Naftalanda heç bir polis əməkdaşına cinayət işi qaldırılmayıb. Mətanət Məmmədova axtarışda olub, onu da əməliyyat keçirib İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təhvil vermişik. Sabiq rəis Ağakişi İsmayılova gəldikdə, cənab daxili işlər naziri Ramil Usubovun əmri ilə sərəncama göndərilib”.
Naftalanda “Matan” əməliyyatı
•