Nazarbayevdən Kremlə əzələ göstərişi

Qazaxıstan prezidenti açıq-aşkar rəsmi Moskvaya xəbərdarlıq etdi

Astanada Avrasiya Media Forumunun açılışında iştirak edən Qazaxıstan Prezidenti açıq-aşkar Rusiyaya Gömrük Ittifaqı və Avrasiya Ittifaqı mövzusunda xəbərdarlıq edib. Ukrayna mətbuatının məlumatına görə N.Nazarbayev çıxışında Qazaxıstanın onun müstəqilliyini zəiflədəcək istənilən təşkilatdan geri çəkiləcəyini bildirib:
“Qazaxıstan çox əsrlik tarixi boyunca ilk dəfə müstəqillik əldə edib, xalqımız ilk dəfə azadlığın nə olduğunu gördü, dadına baxdı. Biz bu azadlığı kimsəyə verməyəcəyik. Bəzi təşkilatlar Qazaxıstanın müstəqilliyini zəiflədəcəksə, Konstitusiyamıza zidd olacaqsa biz o təşkilatları dərhal tərk edəcəyik. Başqaları da belə düşünür!(Olaylar).