Baş baytar icra nümayəndəsini döydü, döyülən işdən çıxarıldı
Ötən gün Qazax rayonunda iki məmur arasında dava baş verib. Rayondakı mənbələrdən aldığımız məlumata görə, rayonun baş baytarı İlqar Orucovla Yuxarı Əskipara kənd icra nümayəndəsi Azər Məhərrəmov “777” kafesində yeyib-içəndən sonra mübahisə ediblər. Sözləri çəp gələn məmurların mübahisəsi böyüyüb və onlar “haqq-hesabı çürütmək” üçün “Heydər parkına” üz tutub, orada əlbəyaxa olublar. Məlumata görə, davadan baş baytar “qalib” çıxıb.
Məlumatda o da deyilir ki, davadan xəbər tutan Qazax rayon icra başçısının müavini Fərman Nağdalıyev şöbə müdiri Məmməd Alıievi hadisə yerinə yollayıb. Dava-dalaşın İcra Hakimiyyəti səviyyəsinə qalxması döyülən Azər Məhərrəmovun işdən çıxarılması ilə nəticələnib.
İnformasiya şöbəsi